Təhsil 365 - Logo Mobile

Region şagirdləri dərsə daha çox fokuslanır

10901.12.2025 - 11:40
Region şagirdləri dərsə daha çox fokuslanır

Kənd məktəblərində və ümumiyyətlə regionlarda əyləncə və vaxt keçirmək üçün yerlər az olduğuna görə şagirdlər daha çox dərsə fokuslanırlar və vaxtlarını dərslərə sərf etmək onlar üçün daha rahatdır.

“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki,bu sözləri elm və təhsil eksperti Səbuhi Abdullayev söyləyib.

O,qeyd edib ki, artıq regionlarımızda MİQ imtahanında yüksək bal toplayıb öz doğma torpağında çalışan məzunlarımız kifayət qədərdir:

"Həm regionlarda, həm də Bakı məktəblərində yüksək bal toplayan şagirdlərimiz olur. Amma ümumi əhali sayı baxımından nisbət götürəndə regionların daha çox olması mümkündür. Buna aşağıdakı səbəblər təsir edə bilər.

Təbii ki, ilk olaraq qeyd etmək lazımdır ki, bəzi regionlarımız, bəzi kəndlərimiz var ki, orada xüsusi riyaziyyatçılar yetişir. Məsələn, elə kəndlər var ki, riyaziyyatçıların sayı həddindən artıq çoxdur. Çünki həmin kəndin məktəbi və ümumilikdə mühiti riyaziyyata xüsusi diqqətlə yanaşır. Buna görə də oradakı şagirdlər daha yüksək bal toplamağa meyilli olurlar. Bilirsiniz ki, həm buraxılış, həm də qəbul imtahanının birinci-ikinci blokunda riyaziyyat fənni olduğuna görə və ən çox çətinlik yaradan fənn riyaziyyat olduğu üçün, riyaziyyatı qavrayan şagird digər fənləri də daha asan mənimsəyə bilir. Səbəblərdən biri bu ola bilər".

Artıq regionlarımızda xüsusi liseylər var:

"Kənd məktəblərində və ümumiyyətlə regionlarda əyləncə və vaxt keçirmək üçün yerlər az olduğuna görə şagirdlər daha çox dərsə fokuslanırlar və vaxtlarını dərslərə sərf etmək onlar üçün daha rahatdır. Buna görə həm dərsə fokuslandıqları, həm məsuliyyətli olduqları, həm də valideyn nəzarətinin güclü olduğu – məsələn, "Zəif oxusan kənddə qalacaqsan" kimi motivasiyaedici amillər şagirdlərin daha yüksək bal toplamasına şərait yaradır.

Digər bir səbəb isə budur ki, artıq regionlarımızda MİQ imtahanında yüksək bal toplayıb öz doğma torpağında çalışan məzunlarımız kifayət qədərdir. Onlar da səriştəli və peşəkardırlar. Eyni zamanda regionlarımızda xüsusi liseylər var. Məsələn, Kimya-Biologiya liseyi kimi təhsil müəssisələrində istedadlı şagirdlər üçün hər cür şərait yaradılıb. Onlar fənn müsabiqələrində və olimpiadalarda da qalib olurlar.

Bütün bu səbəblər regionlarda nisbətən daha çox yüksək bal toplayan şagirdlərin olmasına gətirib çıxarır".

Nərgiz Süleymanova

Xəbər Lenti

Emin Əmrullayev Şuşada tədris prosesini izləyib11.03.2026 - 19:57
Sabah 13 dərəcə isti olacaq11.03.2026 - 19:55
"iPhone 18"lərdə hansı yeniliklər olacaq?11.03.2026 - 19:48
Fəsil dəyişərkən sağlamlığı qorumaq üçün nələrə diqqət edilməlidir?11.03.2026 - 19:45
Adil Kərimli Türk dünyasının teatr nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib11.03.2026 - 19:42
"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib11.03.2026 - 19:38
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub11.03.2026 - 19:34
Şəki teatrında hazırlanmış “Dar ağacı” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb11.03.2026 - 19:30
Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb11.03.2026 - 19:22
Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlanıb11.03.2026 - 19:15
Bağçaya ilk dəfə başlayan uşaqlarda adaptasiya prosesini asanlaşdırmaq üçün nə etmək lazımdır?11.03.2026 - 19:08
Məktəbəqədər dövrdə uşaqların emosional inkişafını dəstəkləmək üçün hansı metodlar istifadə olunur?11.03.2026 - 19:02
RFO-nun yarımfinal turunun nəticələri açıqlandı 11.03.2026 - 19:00
Məktəblərdə təhsil və mədəniyyət birləşdirilməlidir11.03.2026 - 18:52
Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində 1100-dən çox şagird təhsil alır11.03.2026 - 18:50
BMU tələbəsi İtaliyanın nüfuzlu universitetinə qəbul olub11.03.2026 - 18:44
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib11.03.2026 - 18:40
Hikmət Məmmədov: İbtidai təhsil mütləq ana dilində aparılmalıdır11.03.2026 - 18:38
Adil Qeybulla: Xəstəliklərin qarşısını almaq üçün mütəmadi profilaktik müayinələr vacibdir11.03.2026 - 18:33
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:32
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:30
DİM-də təlim təşkil olunub11.03.2026 - 18:28
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər11.03.2026 - 18:24
Tarix müəllimlərinin sertifikasiyasında suallar hansı məzmunu əhatə edəcək? - Açıqlama 11.03.2026 - 18:20
Bakı məktəbində ictimai müzakirələr11.03.2026 - 18:18
Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib11.03.2026 - 18:14
STK-da “Bahar nəfəsli sənət izləri” adlı tədbir keçirilib11.03.2026 - 18:10
FHN: Yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti vacibdir11.03.2026 - 18:07
Sənətşünas-alim: Açıq dərslər tələbələrə öz bacarıqlarını nümayiş etdirmək imkanı verir11.03.2026 - 18:04
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 11.03.2026 - 18:00
Bakıda körpələr evi-uşaq bağçası istifadəyə verilib11.03.2026 - 18:00
Mədəniyyət nazirinin Hacıqabul rayonunda vətəndaş qəbulunun vaxtı dəyişdirilib11.03.2026 - 17:57
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 17:55
Ağıllı ayaqqabıların sirri açıqlandı - Qızıl medal qazanan layihənin təfərrüatları11.03.2026 - 17:55
Naxçıvan idmançıları bu il 50 medal qazanıb11.03.2026 - 17:47
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi11.03.2026 - 17:45
Müəllimlər olmadan güclü təhsil sistemi mümkün deyil – Tallin Sammitindən mesajlar11.03.2026 - 17:45
Gəncədə kino günləri başlayıb11.03.2026 - 17:43
Əqli mülkiyyət təlimlərini müvəffəqiyyətlə bitirən BANM əməkdaşlarına sertifikatlar təqdim olunub11.03.2026 - 17:38
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır11.03.2026 - 17:35
“Windows 12”la bağlı bəzi məlumatlar sızdırıldı – Bu tarixdə çıxacaq11.03.2026 - 17:35
Paytaxt məktəbində ictimai dialoq və maarifləndirici təşəbbüslər11.03.2026 - 17:32
Martın 12-i ilə bağlı rəsmi məlumat11.03.2026 - 17:25
2026-cı ildə yeni smartfon almadan əvvəl bu 5 şeyə diqqət edin11.03.2026 - 17:25
BDU tələbələri beynəlxalq məhkəmə müsabiqəsində hüquqi mövqelərini müdafiə ediblər11.03.2026 - 17:24
Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür11.03.2026 - 17:20
“Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalına vəsiqə qazanıb11.03.2026 - 17:18
Ödənişli “WhatsApp” paketinin xüsusiyyətləri açıqlandı11.03.2026 - 17:15