Qarabağ Universitetində payız semestrinin aralıq imtahanları uğurla yekunlaşıb
“Tehsil365” xəbər verir ki,imtahan prosesində yazılı, şifahi, təqdimat (layihə) əsaslı qiymətləndirmə, test üsulu ilə qiymətləndirmə, eyni zamanda çoxşaxəli üsullardan istifadə edilib. Suallar tələbələrin dərin biliyini yoxlamaq məqsədilə Blum taksonomiyasına uyğun hazırlanıb.
Qeyd edək ki, İncəsənət fakültəsində aparılan imtahanlar ixtisaslara uyğun olaraq praktiki qiymətləndirmə əsasında təşkil edilib.

