Təhsil 365 - Logo Mobile

“Narkotiklər və QİÇS: Gənclər və Sağlam Cəmiyyət” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib

10401.12.2025 - 15:45
“Narkotiklər və QİÇS: Gənclər və Sağlam Cəmiyyət” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib

Dekabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) “Narkotiklər və QİÇS: Gənclər və Sağlam Cəmiyyət” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib. Tədbirin əsas məqsədi gənclər arasında narkotik vasitələrin zərərləri və QİÇS (HIV) infeksiyasından qorunma yolları barədə ictimai maarifləndirməni gücləndirmək, risk faktorları haqqında məlumatlılığı artırmaq, sosial məsuliyyət və təhlükəsiz davranış mədəniyyətini təşviq etmək olub.

“Tehsil365” bildirir ki, tədbir Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, professor Bənövşə Məmmədovanın açılış nitqi ilə başlayıb. O, gənclərin sağlam gələcəyinin cəmiyyət üçün prioritet olduğunu vurğulayaraq bu kimi maarifləndirici təşəbbüslərin davamlı keçirilməsinin vacibliyini qeyd edib.

Daha sonra “Narkotiklər və QİÇS: Hüquq və Sağlamlıq Perspektivi” mövzusunda panel müzakirələri aparılıb.

Panel çərçivəsində:

Vasif Quliyev – Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı “Narkotiklərlə mübarizə və dövlət siyasəti” mövzusunda çıxış edib və 802 qaynar xətti barədə ətraflı məlumat verib.

Yelmar Vahabov – Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis mayoru, təhqiqatçı “Hüquqi müdafiə və preventiv tədbirlər” mövzusunda məruzə təqdim edib.

Fidan Ataxanlı – Bakı Şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu “Narkotik istifadəçilərində sağlamlıq riskləri, QİÇS və digər infeksiyalardan qorunma yolları” barədə geniş tibbi maarifləndirmə aparıb.


Tədbirdə həmçinin Azərbaycan Dillər Universitetinin İngilis və Fransız dilləri fakültəsinin dekan müavini Zülqəddə Abdulkərimli çıxış edərək tədbirin əhəmiyyətini vurğulamış və təşkilatçılara, qonaqlara, iştirakçılara təşəkkürünü bildirib.

Paneldən sonra iştirakçıların sualları cavablandırılıb, aktual mövzular ətrafında müzakirələr aparılıb. Tədbir çərçivəsində mövzuya uyğun maarifləndirici sosial videoçarx nümayiş etdirilib.

Keçirilən dəyirmi masa gənclərin sağlam həyat tərzinə təşviq edilməsi, narkomaniya və QİÇS-ə qarşı mübarizədə ictimai fəallığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Aysel Paşayeva

Xəbər Lenti

Məktəblilərarası Milli Hakaton – 2025-in qalibləri mükafatlandırılıblar01.12.2025 - 19:54
BDU-nun 1 saylı tədris korpusunda ən müasir standartlara cavab verən əsaslı təmir planlaşdırlır01.12.2025 - 19:44
Gənc ixtiraçılarımız robot olimpiadasında qızıl medal qazandılar01.12.2025 - 19:30
Müasir müəllimin yeni bacarıqları mövzusunda təlim keçirilib01.12.2025 - 19:22
Türkiyə-Azərbaycan Universitetinin 4 tələbəsi bu ali təhsil müəssisəsində işə qəbul olunub01.12.2025 - 19:15
BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr edilən respublika elmi konfransının açılışı olub01.12.2025 - 19:00
AzMİU-da tanınmış memar Rəna Novruzlu ilə “Əsrə bərabər 50 il” adlı görüş keçirilib01.12.2025 - 18:00
AzMİU nümayəndə heyəti QS Avrasiya Forumunda iştirak edib01.12.2025 - 17:45
Fəridə Aslanova: "Akademik Musiqili Teatr ölkəmizi Dünya Mədəniyyəti Festivalında təmsil edir"01.12.2025 - 17:30
Tarixçi-alim: "Prezidentin ana dilimizin qorunması ilə bağlı tarixi çıxışı ciddi siqnaldır"01.12.2025 - 17:15
Rəşad Mehdiyev: "Məqsədimiz gənc fotoqrafları beynəlxalq arenada Azərbaycanı təmsil etməyə hazırlamaqdır"01.12.2025 - 17:00
Serqey Klimov Beynəlxalq elmi-praktik konfransda iştirak edib01.12.2025 - 16:45
Anar Bağırov: "Çalışırıq ki, vəkillərin problemləri aradan qalxsın"01.12.2025 - 16:40
ADU-da ərəb ölkələrində yəhudi icmalarının tarixi mövzusunda mühazirə keçirilib01.12.2025 - 16:30
ATU-nun müəllimi vəfat etdi01.12.2025 - 16:20
Dosent Günay Məmmədova Türkiyədə beynəlxalq simpoziumda iştirak edib 01.12.2025 - 16:15
ADU-da “Əmək bazarı nümayəndələri ilə görüş: İKTA-nın təqdimatı” keçirilib01.12.2025 - 16:00
ADU-da “Regional Təhlükəsizlik və Terrorizmə Qarşı Mübarizə” Diplomatik Simulyasiyası keçirilib01.12.2025 - 15:30
Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib01.12.2025 - 15:15
ADU-da macarıstanlı professorun iştirakı ilə beynəlxalq təlim keçirilib01.12.2025 - 15:00
Mixəyin bilinməyən faydaları01.12.2025 - 14:55
Bir korpusun təmiri 25 milyona başa gələcək - BDU tender də elan edib01.12.2025 - 14:40
Bu şəxslərin icbari tibbi sığortasını dövlət ödəyəcək01.12.2025 - 14:30
"Bayraktar Kızılelma" tarixə düşüb01.12.2025 - 14:15
Alimlər açıqladı: Okean dibində böyük çat yaranıb01.12.2025 - 14:00
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib01.12.2025 - 13:45
Bakıda bu tarixdə QAR YAĞACAQ01.12.2025 - 13:35
Gənclərin İş Tapmaqda Üzləşdiyi Çətinliklər – Müasir Dövrün Real Şəkli01.12.2025 - 13:25
Bu məşhurlar eyni binada yaşayıblar01.12.2025 - 13:10
Cənubi Afrikanın ali təhsil nazirinin müavini BANM-da oldu01.12.2025 - 12:55
BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi01.12.2025 - 12:40
BDU və Qazaxıstanın Şımkent Universiteti arasında anlaşma memorandumu imzalanıb01.12.2025 - 12:25
Qarabağ Universitetində payız semestrinin aralıq imtahanları uğurla yekunlaşıb01.12.2025 - 12:10
Abituriyentlər imtahandan bir gün əvvəl nə etməlidirlər?01.12.2025 - 11:55
Region şagirdləri dərsə daha çox fokuslanır01.12.2025 - 11:40
Azərbaycanın turizm imkanları Pakistanda sərgidə nümayiş olunub01.12.2025 - 11:25
Azərbaycan Universitetində Təhsil Tələbə Krediti Fondunun infosessiyası keçirilib01.12.2025 - 11:10
Məktəblilərarası Milli Hakaton 350 min şagirdi əhatə edib01.12.2025 - 11:00
Almaniyada ADA Universiteti məzunlarının forumu keçirilib01.12.2025 - 10:45
ATMU-da magistr diplomları bu tarixdə veriləcək 01.12.2025 - 10:30
TKT imtahanına qeydiyyat elan edilir01.12.2025 - 10:15
DİM-də TOEFL iBT imtahanı keçiriləcək01.12.2025 - 10:00
LDU-nun “Enactus” komandasının infosessiyası keçirilib01.12.2025 - 09:45
Vyetnamın Halonq Universitetində “Azərbaycan mətbəxi günü” keçirilib01.12.2025 - 09:30
BSU-nun kollektivi və tələbələri İsmayıllı rayonunda yerləşən DOST Evi filialını ziyarət edib01.12.2025 - 09:20
ABŞ-da çalışan azərbaycanlı alim AzMİU-da seminar keçib01.12.2025 - 09:00
Avropada çoxkampuslu magistr proqramlarına maraq artır01.12.2025 - 08:38