Azərbaycan Dillər Universitetinin (ADU) Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının dosenti, p.ü.f.d. Günay Məmmədova 24-25 noyabr 2025-ci il tarixlərində Türkiyənin Ərzincan şəhərində, Erzincan Binali Yıldırım Universitetinin təşkil etdiyi “Kadim değerlerden modern yaklaşımlara: Türk dünyasında kadın ve aile” simpoziumunda iştirak edib.
“Tehsil365” bildirir ki, simpozium çərçivəsində təqdim olunan çıxışlarda qadın mövzusu tarixi, sosial-mədəni aspektlərdən təhlil olunub, müxtəlif sahələrin kəsişməsində qadının ailədə və cəmiyyətdə rolu müzakirə edilib.
Günay Məmmədova simpoziumda “Ailədə qadın təhsilinin sosial və mədəni əhəmiyyəti” mövzusunda çıxış edərək, ailədə qadınların təhsilinin sosial rifah, mədəni inkişaf və gələcək nəsillərin formalaşmasındakı rolunu təqdim edib. O, həmçinin qadın təhsilinin gender bərabərliyinin möhkəmlənməsinə, ailədaxili əmək bölgüsünün balanslaşmasına və sosial ədalətin təmin olunmasına təsirindən danışıb.
Sessiyalar müzakirələr formasında davam edib və Günay Məmmədova simpozium iştirakçısı kimi sertifikatla təltif olunub.

