Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi, Belarus dili və mədəniyyəti mərkəzinin müdiri Serqey Klimov Moskvada keçirilən “MDB məkanında gənclər siyasəti: çağırışlar, həllər, perspektivlər” adlı Beynəlxalq elmi-praktik konfransda iştirak edib.
“Tehsil365” bildirir ki, tədbir çərçivəsində o, “Azərbaycanın dayanıqlı inkişafının strateji resursu kimi gənclər” mövzusunda icmal təqdim edərək gənc nəslin ölkənin modernləşdirilməsi, innovativ inkişafı, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsindəki əsas rolunu vurğulayıb. Xüsusilə gənc mütəxəssislərin dəstəklənməsi üzrə dövlət proqramlarına, təhsil təşəbbüslərinin inkişafına və gənclərin sosial-iqtisadi layihələrə cəlb edilməsinə xüsusi diqqət yönəldilib.
S. Klimovun iştirakı MDB ölkələrində səmərəli gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinə və peşəkar əlaqələrin gücləndirilməsinə töhfə verib.

