Təhsil 365 - Logo Mobile

BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr edilən respublika elmi konfransının açılışı olub

10301.12.2025 - 19:00
BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr edilən respublika elmi konfransının açılışı olub

Bakı Dövlət Universitetində (BDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının Konstitusiyası – dövlətçiliyimizin tarixi, hüquqi və siyasi-iqtisadi əsası kimi” mövzusunda respublika elmi konfransının açılış mərasimi keçirilib.

‘‘Tehsil365’’ bildirir ki, BDU-dan bildirilib ki, tədbirdən əvvəlcə BDU-nun kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.

Konfrans BDU-nun akt zalında davam edib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu qərar müasir çağırışlar fonunda dövlətçiliyimizin hüquqi əsaslarının yenidən qiymətləndirilməsi, suverenlik konsepsiyasının daha dərindən öyrənilməsi üçün geniş imkanlar açır. Müstəqil Azərbaycanın Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilib. Bu sənəd təkcə hüquqi mətn deyil, həm də müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi yolunda dönüş nöqtəsi olub. Konstitusiyamız insan hüquq və azadlıqlarını ali dəyər kimi təsbit, hakimiyyət bölgüsünü, dövlət quruluşunu və cəmiyyətin əsas prinsiplərini müəyyən edir. XXI əsrin reallıqları suverenlik məfhumuna yeni məzmun gətirib. Bu gün suverenlik siyasi sərhədlərlə yanaşı, iqtisadi, texnoloji və elmi suverenlik, informasiya və kiberməkanda suverenlik, mədəni suverenlik və identiklik kimi sahələri də özündə birləşdirir. Azərbaycan son illərdə məhz bu istiqamətlər üzrə öz suverenliyini daha da gücləndirib. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi isə bu prosesin ən mühüm tarixi nəticəsi oldu. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və 2023-cü ildə heç bir gün belə çəkməyən lokal antiterror tədbirləri ilə Azərbaycan dövlətinin ərazi bütövlüyü və konstitusion hakimiyyəti tam şəkildə bərpa olundu. Ölkəmizin hər bir qarışında Azərbaycan Respublikasının Konstitusiyasının tətbiqi təmin olundu.

Rektor diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və onun hazırladığı konstitusion model Azərbaycan dövlətinin siyasi sabitliyinin, hüquqi sisteminin və idarəetmə strukturunun təməlini təşkil edir. Bu gün həmin xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə daha da inkişaf etdirilir. Dövlət idarəçiliyində institusional modernizasiya, hüquqi islahatlar, insan hüquqlarının müdafiəsi və milli maraqlara əsaslanan suveren siyasət bu prosesin davamıdır. Bakı Dövlət Universitetinin bu istiqamətdə rolu da xüsusi qeyd olunmalıdır: “Universitet minlərlə hüquqşünasın, dövlət xadiminin, diplomatın, tarixçinin, iqtisadçının və digər sahələr üzrə tədqiqatçıların yetişdiyi məktəbdir. Burada aparılan elmi araşdırmalar, konstitusiya hüququ üzrə təhlillər, dövlət suverenliyinə dair multidisiplinar layihələr ölkənin elmi-intellektual potensialına mühüm töhfə verir. Konstitusiya və suverenlik kimi mürəkkəb, fundamental və strateji anlayışların müzakirə edildiyi belə tədbirlər məhz gənclərin dünyagörüşünü genişləndirməyə, elmi təfəkkürünü dərinləşdirməyə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin “yol xəritəsi”, suverenliyimizin hüquqi çərçivəsidir. Bugünkü konfrans bu sənədin mahiyyətini daha dərindən anlamağa, onu elmi və praktik prizmadan yenidən qiymətləndirməyə imkan verəcək”.

Milli Məclis sədrinin müavini, BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfransın keçirilməsinin Azərbaycanın son 30 il ərzində konstitusion inkişaf yoluna nəzər salınması baxımından mühüm addım olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda dövlət hüququ anlayışı məhz 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə gəlməsindən sonra və ilk milli Konstitusiyanın qəbulu ilə bərqərar olunmağa başlayıb. Ziyafət Əsgərov diqqətə çatdırıb ki, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı 2002, 2008 və 2016-cı illərdə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üçün referendumlar keçirilib.

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov isə bildirib ki, ölkəmizin suverenliyinin bərpasından sonra Azərbaycan Konstitusiyasının normaları yeni məzmun kəsb etməyə başlayıb: “Konstitusiya prinsipləri dövlət hakimiyyətinin legitim əsasları kimi çıxış edir. Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarını, sosial ədalət prinsiplərini qorumaqla yanaşı, beynəlxalq hüquq normalarına, milli dövlətçilik fəlsəfəsinə əsaslanır”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbəri Kərəm Mansurov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov, Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev, Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev çıxışlarında konfransın Konstitusiya quruculuğu və hüquq elminin inkişafına mühüm töhfə verəcəyini bildirib, tədbirin işinə uğurlar arzulayıblar.

Konfrans bölmə iclasları ilə işini davam etdirib.

Səma Qarayeva

Xəbər Lenti

Məktəblilərarası Milli Hakaton – 2025-in qalibləri mükafatlandırılıblar01.12.2025 - 19:54
BDU-nun 1 saylı tədris korpusunda ən müasir standartlara cavab verən əsaslı təmir planlaşdırlır01.12.2025 - 19:44
Gənc ixtiraçılarımız robot olimpiadasında qızıl medal qazandılar01.12.2025 - 19:30
Müasir müəllimin yeni bacarıqları mövzusunda təlim keçirilib01.12.2025 - 19:22
Türkiyə-Azərbaycan Universitetinin 4 tələbəsi bu ali təhsil müəssisəsində işə qəbul olunub01.12.2025 - 19:15
AzMİU-da tanınmış memar Rəna Novruzlu ilə “Əsrə bərabər 50 il” adlı görüş keçirilib01.12.2025 - 18:00
AzMİU nümayəndə heyəti QS Avrasiya Forumunda iştirak edib01.12.2025 - 17:45
Fəridə Aslanova: "Akademik Musiqili Teatr ölkəmizi Dünya Mədəniyyəti Festivalında təmsil edir"01.12.2025 - 17:30
Tarixçi-alim: "Prezidentin ana dilimizin qorunması ilə bağlı tarixi çıxışı ciddi siqnaldır"01.12.2025 - 17:15
Rəşad Mehdiyev: "Məqsədimiz gənc fotoqrafları beynəlxalq arenada Azərbaycanı təmsil etməyə hazırlamaqdır"01.12.2025 - 17:00
Serqey Klimov Beynəlxalq elmi-praktik konfransda iştirak edib01.12.2025 - 16:45
Anar Bağırov: "Çalışırıq ki, vəkillərin problemləri aradan qalxsın"01.12.2025 - 16:40
ADU-da ərəb ölkələrində yəhudi icmalarının tarixi mövzusunda mühazirə keçirilib01.12.2025 - 16:30
ATU-nun müəllimi vəfat etdi01.12.2025 - 16:20
Dosent Günay Məmmədova Türkiyədə beynəlxalq simpoziumda iştirak edib 01.12.2025 - 16:15
ADU-da “Əmək bazarı nümayəndələri ilə görüş: İKTA-nın təqdimatı” keçirilib01.12.2025 - 16:00
“Narkotiklər və QİÇS: Gənclər və Sağlam Cəmiyyət” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib01.12.2025 - 15:45
ADU-da “Regional Təhlükəsizlik və Terrorizmə Qarşı Mübarizə” Diplomatik Simulyasiyası keçirilib01.12.2025 - 15:30
Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib01.12.2025 - 15:15
ADU-da macarıstanlı professorun iştirakı ilə beynəlxalq təlim keçirilib01.12.2025 - 15:00
Mixəyin bilinməyən faydaları01.12.2025 - 14:55
Bir korpusun təmiri 25 milyona başa gələcək - BDU tender də elan edib01.12.2025 - 14:40
Bu şəxslərin icbari tibbi sığortasını dövlət ödəyəcək01.12.2025 - 14:30
"Bayraktar Kızılelma" tarixə düşüb01.12.2025 - 14:15
Alimlər açıqladı: Okean dibində böyük çat yaranıb01.12.2025 - 14:00
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib01.12.2025 - 13:45
Bakıda bu tarixdə QAR YAĞACAQ01.12.2025 - 13:35
Gənclərin İş Tapmaqda Üzləşdiyi Çətinliklər – Müasir Dövrün Real Şəkli01.12.2025 - 13:25
Bu məşhurlar eyni binada yaşayıblar01.12.2025 - 13:10
Cənubi Afrikanın ali təhsil nazirinin müavini BANM-da oldu01.12.2025 - 12:55
BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi01.12.2025 - 12:40
BDU və Qazaxıstanın Şımkent Universiteti arasında anlaşma memorandumu imzalanıb01.12.2025 - 12:25
Qarabağ Universitetində payız semestrinin aralıq imtahanları uğurla yekunlaşıb01.12.2025 - 12:10
Abituriyentlər imtahandan bir gün əvvəl nə etməlidirlər?01.12.2025 - 11:55
Region şagirdləri dərsə daha çox fokuslanır01.12.2025 - 11:40
Azərbaycanın turizm imkanları Pakistanda sərgidə nümayiş olunub01.12.2025 - 11:25
Azərbaycan Universitetində Təhsil Tələbə Krediti Fondunun infosessiyası keçirilib01.12.2025 - 11:10
Məktəblilərarası Milli Hakaton 350 min şagirdi əhatə edib01.12.2025 - 11:00
Almaniyada ADA Universiteti məzunlarının forumu keçirilib01.12.2025 - 10:45
ATMU-da magistr diplomları bu tarixdə veriləcək 01.12.2025 - 10:30
TKT imtahanına qeydiyyat elan edilir01.12.2025 - 10:15
DİM-də TOEFL iBT imtahanı keçiriləcək01.12.2025 - 10:00
LDU-nun “Enactus” komandasının infosessiyası keçirilib01.12.2025 - 09:45
Vyetnamın Halonq Universitetində “Azərbaycan mətbəxi günü” keçirilib01.12.2025 - 09:30
BSU-nun kollektivi və tələbələri İsmayıllı rayonunda yerləşən DOST Evi filialını ziyarət edib01.12.2025 - 09:20
ABŞ-da çalışan azərbaycanlı alim AzMİU-da seminar keçib01.12.2025 - 09:00
Avropada çoxkampuslu magistr proqramlarına maraq artır01.12.2025 - 08:38