Təhsil 365 - Logo Mobile

Məktəblilərarası Milli Hakaton – 2025-in qalibləri mükafatlandırılıblar

10301.12.2025 - 19:54
Məktəblilərarası Milli Hakaton – 2025-in qalibləri mükafatlandırılıblar

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən Məktəblilərarası Milli Hakaton – 2025 müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

‘‘Tehsil365’’ xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Məkəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilüfər Rəhimova bildirib ki, bu il hakatonun olimpiada mərhələsinin mərkəzləşdirilmiş imtahan formatında təşkili yenilik olub. Bu yanaşma şagirdlərin bilik və bacarıqlarının bütün bölgələrdə eyni meyarlarla qiymətləndirilməsinə və nəticələrin obyektivliyinin artırılmasına şərait yaradıb.

Daha sonra çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı sahəsində aparılan işlərlə bağlı məlumat verib. Nazir müavini bildirib ki, məktəblərdə rəqəmsal infrastruktur gücləndirilib, internet təminatı isə əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Hazırda ölkə üzrə 175 mərkəzdə kompüter əsaslı imtahan keçirmək imkanı mövcuddur. 

Çıxışlardan sonra hakatonun gedişatını əks etdirən videoicmal nümayiş olunub. 

Sonra müxtəlif kateqoriyalar üzrə yarışların qaliblərinə mükafatlar təqdim olunub. 

Mükafatlandırma mərasimi bədii proqramla yekunlaşıb. 

Sonda tədbir iştirakçıları üçün komandaların layihələri ilə tanışlıq məqsədilə infotur da təşkil edilib. 

Qeyd edək ki, müsabiqəyə ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb. Onlardan 300 məktəbli final mərhələsində iştirak edib. Finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə hazırladıqları veb-sayt, mobil tətbiq və oyun formatlı layihələrlə çıxış ediblər.

Məktəblilərarası Milli Hakaton – 2025-in əsas məqsədi məktəblilər arasında proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, yaradıcı və istedadlı şagirdləri üzə çıxarmaq, eləcə də onların gələcək inkişaf imkanlarını genişləndirməkdir.

Səma Qarayeva

Xəbər Lenti

BDU-nun 1 saylı tədris korpusunda ən müasir standartlara cavab verən əsaslı təmir planlaşdırlır01.12.2025 - 19:44
Gənc ixtiraçılarımız robot olimpiadasında qızıl medal qazandılar01.12.2025 - 19:30
Müasir müəllimin yeni bacarıqları mövzusunda təlim keçirilib01.12.2025 - 19:22
Türkiyə-Azərbaycan Universitetinin 4 tələbəsi bu ali təhsil müəssisəsində işə qəbul olunub01.12.2025 - 19:15
BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr edilən respublika elmi konfransının açılışı olub01.12.2025 - 19:00
AzMİU-da tanınmış memar Rəna Novruzlu ilə “Əsrə bərabər 50 il” adlı görüş keçirilib01.12.2025 - 18:00
AzMİU nümayəndə heyəti QS Avrasiya Forumunda iştirak edib01.12.2025 - 17:45
Fəridə Aslanova: "Akademik Musiqili Teatr ölkəmizi Dünya Mədəniyyəti Festivalında təmsil edir"01.12.2025 - 17:30
Tarixçi-alim: "Prezidentin ana dilimizin qorunması ilə bağlı tarixi çıxışı ciddi siqnaldır"01.12.2025 - 17:15
Rəşad Mehdiyev: "Məqsədimiz gənc fotoqrafları beynəlxalq arenada Azərbaycanı təmsil etməyə hazırlamaqdır"01.12.2025 - 17:00
Serqey Klimov Beynəlxalq elmi-praktik konfransda iştirak edib01.12.2025 - 16:45
Anar Bağırov: "Çalışırıq ki, vəkillərin problemləri aradan qalxsın"01.12.2025 - 16:40
ADU-da ərəb ölkələrində yəhudi icmalarının tarixi mövzusunda mühazirə keçirilib01.12.2025 - 16:30
ATU-nun müəllimi vəfat etdi01.12.2025 - 16:20
Dosent Günay Məmmədova Türkiyədə beynəlxalq simpoziumda iştirak edib 01.12.2025 - 16:15
ADU-da “Əmək bazarı nümayəndələri ilə görüş: İKTA-nın təqdimatı” keçirilib01.12.2025 - 16:00
“Narkotiklər və QİÇS: Gənclər və Sağlam Cəmiyyət” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib01.12.2025 - 15:45
ADU-da “Regional Təhlükəsizlik və Terrorizmə Qarşı Mübarizə” Diplomatik Simulyasiyası keçirilib01.12.2025 - 15:30
Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib01.12.2025 - 15:15
ADU-da macarıstanlı professorun iştirakı ilə beynəlxalq təlim keçirilib01.12.2025 - 15:00
Mixəyin bilinməyən faydaları01.12.2025 - 14:55
Bir korpusun təmiri 25 milyona başa gələcək - BDU tender də elan edib01.12.2025 - 14:40
Bu şəxslərin icbari tibbi sığortasını dövlət ödəyəcək01.12.2025 - 14:30
"Bayraktar Kızılelma" tarixə düşüb01.12.2025 - 14:15
Alimlər açıqladı: Okean dibində böyük çat yaranıb01.12.2025 - 14:00
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib01.12.2025 - 13:45
Bakıda bu tarixdə QAR YAĞACAQ01.12.2025 - 13:35
Gənclərin İş Tapmaqda Üzləşdiyi Çətinliklər – Müasir Dövrün Real Şəkli01.12.2025 - 13:25
Bu məşhurlar eyni binada yaşayıblar01.12.2025 - 13:10
Cənubi Afrikanın ali təhsil nazirinin müavini BANM-da oldu01.12.2025 - 12:55
BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi01.12.2025 - 12:40
BDU və Qazaxıstanın Şımkent Universiteti arasında anlaşma memorandumu imzalanıb01.12.2025 - 12:25
Qarabağ Universitetində payız semestrinin aralıq imtahanları uğurla yekunlaşıb01.12.2025 - 12:10
Abituriyentlər imtahandan bir gün əvvəl nə etməlidirlər?01.12.2025 - 11:55
Region şagirdləri dərsə daha çox fokuslanır01.12.2025 - 11:40
Azərbaycanın turizm imkanları Pakistanda sərgidə nümayiş olunub01.12.2025 - 11:25
Azərbaycan Universitetində Təhsil Tələbə Krediti Fondunun infosessiyası keçirilib01.12.2025 - 11:10
Məktəblilərarası Milli Hakaton 350 min şagirdi əhatə edib01.12.2025 - 11:00
Almaniyada ADA Universiteti məzunlarının forumu keçirilib01.12.2025 - 10:45
ATMU-da magistr diplomları bu tarixdə veriləcək 01.12.2025 - 10:30
TKT imtahanına qeydiyyat elan edilir01.12.2025 - 10:15
DİM-də TOEFL iBT imtahanı keçiriləcək01.12.2025 - 10:00
LDU-nun “Enactus” komandasının infosessiyası keçirilib01.12.2025 - 09:45
Vyetnamın Halonq Universitetində “Azərbaycan mətbəxi günü” keçirilib01.12.2025 - 09:30
BSU-nun kollektivi və tələbələri İsmayıllı rayonunda yerləşən DOST Evi filialını ziyarət edib01.12.2025 - 09:20
ABŞ-da çalışan azərbaycanlı alim AzMİU-da seminar keçib01.12.2025 - 09:00
Avropada çoxkampuslu magistr proqramlarına maraq artır01.12.2025 - 08:38