Bu gün – 2 dekabrda Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1969-cu ilin bu günündə Qobustan rayonunda anadan olub.
Yusif Əliyev Vətəninə olan sevgisi və vətənpərvərliyi ilə seçilən gənclərdən biri idi. O, Birinci Qarabağ müharibəsinin ən qaynar dövrlərində ön cəbhəyə yollanaraq torpaqlarımızın müdafiəsində iştirak edib. 1991-ci il sentyabrın 14-də Goranboy rayonunun Buzluq və ya Manaşid kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Onun göstərdiyi igidlik və fədakarlıq dövlət tərəfindən yüksək qiymətləndirilib. Yusif Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Yusif Əliyevin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Ruhu qarşısında baş əyirik.

