Minlərlə Azərbaycan könüllüsünün bir araya gələrək həmrəylik, birlik və könüllülük ruhunu yaşayacağı “Azərbaycan Könüllülük Həftəsi 2025”in başlamasına sayılı günlər qaldı.
“Tehsil365” xəbər verir ki, Dekabrın 4-dən 18-dək Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN Xidmət”in tərəfdaşlığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutacaq #KönüllülükHəftəsi ölkəmizin bir sıra şəhər və rayonlarını əhatə edəcək.
Sən də “Azərbaycan Könüllülük Həftəsi”nə qoşul, macəra dolu anların və böyük təcrübələrin bir parçası ol!

