Peterborough şəhərində yerləşən Hampton Vale Primary Academy məktəbi, 16 yaşlı Cek Lloydun faciəvi şəkildə boğularaq həyatını itirməsindən sonra üzgüçülük dərslərinə start verir.
“Tehsil365” xəbər verir ki, Məktəb rəhbərliyi Pasxa mövsümünə qədər oyun meydançasında portativ pop-up hovuz qurmağı planlaşdırır. Bu təşəbbüs nəticəsində təxminən 400 şagird üzgüçülük bacarıqları əldə edəcək.
Peterboro Kollecinin tələbəsi olan Cek Lloyd 3 aprel tarixində Crown Lakes Country Parkda boğulmuşdu. Onun keçmiş bədən tərbiyəsi müəllimi Scott Collins bildirir ki, bu layihə bölgədə çoxsaylı göllərin olması səbəbindən böyük əhəmiyyət daşıyır. Məqsəd uşaqlara üzgüçülük bacarığını öyrədərək bu cür faciələrin qarşısını almaqdır. Layihə həm də Cek Lloydun xatirəsini yaşatmaq məqsədi daşıyır.

