Şəhid Aslan İsrafil oğlu Salmanov 5 aprel 1988-ci ildə Beyləqan rayonunun Tatalılar kəndində anadan olmuşdur. Aslan Salmanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri olan Aslan Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aslan Salmanov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

