Hakatonun məqsədi SOCAR-ın innovasiya gündəliyinə uyğun süni intellekt və məlumat mühəndisliyi üzrə yeni texnoloji həllər hazırlamaq, həmçinin gəncləri yaradıcı, praktiki həllər üzərində işləməyə təşviq etməkdir.
“Tehsil365” xəbər verir ki, Hakaton iki istiqamət üzrə keçiriləcək:
Süni Intellekt Mühəndisliyi (Al Engineering): Əl yazısı məlumatlarının emalı
Məlumat Mühəndisliyi (Data Engineering): Seysmik məlumatların bərpası
İştirakçılar komandalar şəklində (ən çox 3 nəfər) müraciət ede bilərlər. İlkin seçim mərhələsində komandaların motivasiya məktubu, Cv-ləri və texniki bacarıqları nəzərə alınacaq.
Seçılmış komandalar 48 saat ərzində SOCAR-ın təqdim etdiyi real məlumat bazaları üzərində işləyərək texnoloji həllər hazırlayacaqlar.
Mükafat fondu (hər istiqamət üzrə):
1-ci yer 4,000 AZN
2-ci yer - 2,000 AZN
3-cü yer - 1,000 AZN
Qeydiyyat üçün: https://forms.gl

