Təhsil 365 - Logo Mobile

UNEC-də “İctimaiyyətlə əlaqələr” dərsliyinin təqdimatı keçirilib

15302.12.2025 - 11:50
UNEC-də “İctimaiyyətlə əlaqələr” dərsliyinin təqdimatı keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə universitet əməkdaşları tərəfindən hazırlanan “İctimaiyyətlə əlaqələr” dərsliyinin təqdimat mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki,tədbirdə UNEC-in elm və innovasiyalar üzrə prorektoru professor Rövnəq Rzayev yeni dərsliyin Azərbaycan dilində ədəbiyyat bazasında mühüm resurslardan biri olduğunu, tələbə və tədqiqatçılar üçün etibarlı mənbə rolunu oynayacağını vurğulayıb.

Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov isə çıxışında dərsliyin strukturunu yüksək qiymətləndirərək, nəşrin müvafiq sahələr üzrə təhsil alan tələbələr üçün əsas istinad kitabına çevriləcəyini bildirib. Onun sözlərinə görə, kitab müasir informasiya mühiti, kommunikasiya yanaşmaları və ictimai münasibətlər kontekstində praktiki biliklər təqdim edir.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadə kitabı sahə üzrə peşəkar yanaşmanın formalaşdırılması baxımından dəyərli nəşr adlandırıb. O qeyd edib ki, ictimaiyyətlə əlaqələr sahəsinin inkişaf etdiyi bir dövrdə belə elmi-tədris vəsaitlərinin hazırlanması tələbələrə nəzəri biliklə yanaşı, real kommunikasiya bacarığı qazandırmaq baxımından çox önəmlidir.

Dərsliyin müəllifləri - Karyera planlaşdırılması və inkişafı kafedrasının müdiri dosent Rəşad Məhərrəmov, Biznes və logistika kafedrasının baş müəllimi Simuzər Məmmədova nəşrin hazırlanması ideyasından və məqsədindən danışıblar. Bildirilib ki, dərslik müasir kommunikasiya yanaşmalarına əsaslanır və ictimaiyyətlə əlaqələr sahəsində tələbələrin analitik düşüncə, informasiya idarəetməsi, media ilə münasibət və böhran kommunikasiyası bacarığını inkişaf etdirməyi hədəfləyir.

UNEC-in müəllimi Gülnarə Hüseynova çıxışında vurğulayıb ki, dərslik tələbələrə press-reliz yazmaqdan media ilə əməkdaşlıq strategiyalarına qədər geniş çərçivədə praktiki bilik verir. Bu, onları real peşə mühitinə hazırlayan zəngin bir vəsaitdir.

Tədbirin sonunda müəlliflər kitabın nəşrinə dəstək göstərən UNEC rəhbərliyinə təşəkkür ediblər, iştirakçılara imzalı kitablar təqdim olunub.


Nərgiz Süleymanova

Xəbər Lenti

Telefonunuza gizli nəzarətlə bağlı 5 açıq əlamət02.12.2025 - 14:05
UNEC-in bir qrup müəlliminə “Tədqiqatçı” statusu verilib02.12.2025 - 13:00
Qarabağ Universiteti Latviya Universitetində beynəlxalq konfransda təmsil olunub02.12.2025 - 12:45
ADNSU-nun əməkdaşı Türkiyədə keçirilən elmi konfransda iştirak edib02.12.2025 - 12:30
ADNSU-da “Nəzəriyyədən təcrübəyə” adlı Qida festivalı keçirilib02.12.2025 - 12:15
BDU və Milli Observatoriya arasında əməkdaşlıq çərçivəsində növbəti təlim02.12.2025 - 12:00
BDU-da Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş seminarlar davam edir02.12.2025 - 11:45
"Gələn il peşə təhsili müəssisələrinə 40 mindən çox tələbə qəbul olunacaq"02.12.2025 - 11:35
ADNSU-nun professor-müəllim heyətinin əmək haqqı artırıldı 02.12.2025 - 11:30
BƏƏ məktəblərində süni intellekt əsaslı tədris platformaları tətbiq olunur02.12.2025 - 11:15
Elm və Təhsil Nazirliyində yeni bölmə yaradıldı02.12.2025 - 11:05
Builki buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olacaq02.12.2025 - 10:50
"Türk və Çin dillərində sözlərin qarşılıqlı alınması həm də mədəniyyətlərarası əlaqələrin göstəricisidir"02.12.2025 - 10:35
Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək02.12.2025 - 10:20
Dual təhsil üzrə hüquqi baza yaradılacaq02.12.2025 - 10:05
"Məktəblilərin qazandığı böyük uğur bizi qürurlandırdı"02.12.2025 - 09:55
Beynəlxalq Muğam Mərkəzi Dünya Mədəniyyət Festivalında ölkəmizi təmsil edib02.12.2025 - 09:45
Məktəblərdə təhsil gücünü artırmaq üçün nə edilməlidir?02.12.2025 - 09:35
Portal.edu.az-da giriş yeniləndi!02.12.2025 - 09:25
13-14 dekabr 2025-ci il tarixlərində SOCAR-ın Bakı Ali Neft Məktəbində "SOCAR Hackathon 2025" tədbiri keçiriləcəkdir.02.12.2025 - 09:12
ABŞ Təhsil Departamenti xarici maliyyə hesabatları üçün yeni portalı təqdim etdi02.12.2025 - 08:59
ABŞ-da IDEA-nın 50 illiyi qeyd olundu: Təhsil Naziri Linda MakMahon və Qubernator Yanqkin Virciniyada şagirdlərlə görüşdü02.12.2025 - 08:46
Məktəblərdə maliyyə savadlılığı dərsləri başlayır: “Uşaqlara şəxsi maliyyəni öyrətməliyik”02.12.2025 - 08:33
Məktəb yeniyetmənin xatirəsinə üzgüçülük dərslərinə başlayır02.12.2025 - 08:20
"Sən axı kimsən?!" – Amid Səlimoğludan oxucunu düşündürən povest02.12.2025 - 08:07
Birlik naziri Suresh Gopi: NEP tarixin təhrif olunmuş hissələrini ifşa etmək üçün "silahdır"02.12.2025 - 07:54
Biharın GER-nin artırılması: Hazırlıq və işə qəbul ali təhsildə dönüş yaradacaq02.12.2025 - 07:41
Peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb02.12.2025 - 07:36
Madras Universitetində 65% müəllim vəzifələri vakantdır, tələbələr akademik uğursuzluqdan qorxur02.12.2025 - 07:28
Azərbaycan məktəbliləri beynəlxalq elm yarışında böyük uğur qazanıblar02.12.2025 - 07:20
Böyük Britaniya Erasmus tələbə mübadiləsi proqramına yenidən qoşulmaq üçün razılıq əldə etməyi hədəfləyir02.12.2025 - 07:15
Məktəblər İngiltərə və Uelsdə müəllimlərə təzyiqi azaltmaq üçün dörd günlük iş həftəsinin sınaqlarını keçirməyə çağırır02.12.2025 - 07:02
Şəhid Aslan İsrafil oğlu Salmanov 02.12.2025 - 06:50
Korniş dilinə Uels, İrlandiya və Şotlandiya Qael dili ilə eyni qorunan status veriləcək02.12.2025 - 06:49
ARTİ metodistlər üçün vebinar keçirib02.12.2025 - 06:48
Romada “Sehrli gecə: Azərbaycan balabanının nəfəsi” adlı konsert təşkil olunub02.12.2025 - 06:42
Nazir müavini: UNESCO-nun siyahısında Azərbaycan 23 irs nümunəsi ilə 5-ci yerdə qərarlaşıb02.12.2025 - 06:38
Tələbə kreditləri və maliyyələşdirmə problemləri davam edir02.12.2025 - 06:36
ABŞ Təhsil Departamenti UC Berkeley-də araşdırmaya başlayıb02.12.2025 - 06:23
BSU kampusunda yeni "Student Space" açılıb02.12.2025 - 06:20
Virginiyada müəllimlərə ChatGPT dəstəyi, MIT-də süni intellekt proqramına maraq artır02.12.2025 - 06:10
Milli Qəhrəman Yusif Əliyevin doğum günüdür02.12.2025 - 05:57
Dekabrın 6-da rəqəmsal SAT imtahanı təşkil olunacaq02.12.2025 - 05:56
Azərbaycan Universiteti ilə Mərkəzi Asiya Universiteti əməkdaşlıq edəcək02.12.2025 - 05:49
Tarixdə bu gün: 2 dekabr 1990 — Musa Manarov "Soyuz TM-11" ilə kosmosa uçdu02.12.2025 - 05:44
Azərbaycan könüllülük həftəsi 202502.12.2025 - 05:40
2025-ci ilin sözü seçildi02.12.2025 - 05:34