Təhsil 365 - Logo Mobile

BDU-da Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş seminarlar davam edir

10302.12.2025 - 11:45
BDU-da Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş seminarlar davam edir

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar “Alkilfenollar əsasında səthi aktiv birləşmələrin alınması” mövzusunda elmi seminar keçirilib.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, BDU-dan bu barədə məlumat verilib.Fiziki və kolloid kimya kafedrasının müdiri professor Eldar Əhmədov Yusif Məmmədəliyevin elmi irsi, Azərbaycan kimya elminin inkişafında oynadığı müstəsna rol barədə məlumat verib. O, alimin neft kimyası, kataliz və üzvi sintez sahələrində apardığı fundamental tədqiqatların bu gün də aktuallığını qoruduğunu vurğulayıb.

Fakültənin dekanı Fuad Kərimli Yusif Məmmədəliyevin elmi məktəbinin kimya elmində yeni istiqamət yaratdığını qeyd edib. O, bu cür tədbirlərin tələbələrin elmə marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Kafedranın professoru Cəbrayıl Mirzai görkəmli alimin həyat və yaradıcılığı haqqında məruzə edib. Bildirib ki, akademik Yusif Məmmədəliyevin tədqiqatları neft kimyasının fundamental inkişafına, xüsusilə aromatik karbohidrogenlərin alkilləşməsi, aviasiya yanacaqlarının sintezi, eləcə də hərbi məqsədli xüsusi tərkibli yanıcı qarışıqların hazırlanması kimi sahələrə əhəmiyyətli təsir göstərib. 1950-ci illərdə Yusif Məmmədəliyevin elmi rəhbərliyi ilə strateji təyinatlı raketlər üçün xüsusi yanacaq komponentləri hazırlanıb. O, BDU-da Neft kimyası (indiki Neft kimyası və kimya texnologiyası) kafedrasını yaradıb və uzun illər həmin kafedraya rəhbərlik edib. Görkəmli alimin yubileyləri həmişə yüksək səviyyədə qeyd olunub. 2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Xarici İşlər Nazirliyi Yusif Məmmədəliyevin UNESCO-nun təqviminə daxil edilmiş 100 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunmasını təmin edib.

Fiziki və kolloid kimya kafedrasının II kurs magistrantı Ləman Mirzəyeva çıxışında səthi aktiv maddələrin kimya sənayesində tətbiq sahələri, onların yuyucu vasitələrdən tutmuş neft emalı, tekstil, kosmetika, boya və kənd təsərrüfatı kimyası kimi müxtəlif sahələrdə mühüm rol oynadığını və alkilfenolların səthi aktiv birləşmələrin sintezi üçün vacib xammal hesab olunduğunu bildirib. O qeyd edib ki, bu birləşmələrin strukturunda həm hidrofob alkil zənciri, həm də hidrofil fenol qrupu mövcuddur. Bu da modifikasiya olunmuş alkilfenol törəmələrinin yüksək adsorbtiv və emulsiyalaşdırıcı qabiliyyətini təmin edir. Bu səbəbdən alkilfenol əsaslı səthi aktiv maddələrin alınması və xüsusiyyətlərinin öyrənilməsi müasir kimya texnologiyasının aktual istiqamətlərindən biridir.

Tədbirin sonunda Yusuf Məmmədəliyevin həyat və yaradıcılığını əks etdirən videocarx nümayış olunub.

Nərgiz Süleymanova

Xəbər Lenti

Telefonunuza gizli nəzarətlə bağlı 5 açıq əlamət02.12.2025 - 14:05
UNEC-in bir qrup müəlliminə “Tədqiqatçı” statusu verilib02.12.2025 - 13:00
Qarabağ Universiteti Latviya Universitetində beynəlxalq konfransda təmsil olunub02.12.2025 - 12:45
ADNSU-nun əməkdaşı Türkiyədə keçirilən elmi konfransda iştirak edib02.12.2025 - 12:30
ADNSU-da “Nəzəriyyədən təcrübəyə” adlı Qida festivalı keçirilib02.12.2025 - 12:15
BDU və Milli Observatoriya arasında əməkdaşlıq çərçivəsində növbəti təlim02.12.2025 - 12:00
UNEC-də “İctimaiyyətlə əlaqələr” dərsliyinin təqdimatı keçirilib02.12.2025 - 11:50
"Gələn il peşə təhsili müəssisələrinə 40 mindən çox tələbə qəbul olunacaq"02.12.2025 - 11:35
ADNSU-nun professor-müəllim heyətinin əmək haqqı artırıldı 02.12.2025 - 11:30
BƏƏ məktəblərində süni intellekt əsaslı tədris platformaları tətbiq olunur02.12.2025 - 11:15
Elm və Təhsil Nazirliyində yeni bölmə yaradıldı02.12.2025 - 11:05
Builki buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olacaq02.12.2025 - 10:50
"Türk və Çin dillərində sözlərin qarşılıqlı alınması həm də mədəniyyətlərarası əlaqələrin göstəricisidir"02.12.2025 - 10:35
Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək02.12.2025 - 10:20
Dual təhsil üzrə hüquqi baza yaradılacaq02.12.2025 - 10:05
"Məktəblilərin qazandığı böyük uğur bizi qürurlandırdı"02.12.2025 - 09:55
Beynəlxalq Muğam Mərkəzi Dünya Mədəniyyət Festivalında ölkəmizi təmsil edib02.12.2025 - 09:45
Məktəblərdə təhsil gücünü artırmaq üçün nə edilməlidir?02.12.2025 - 09:35
Portal.edu.az-da giriş yeniləndi!02.12.2025 - 09:25
13-14 dekabr 2025-ci il tarixlərində SOCAR-ın Bakı Ali Neft Məktəbində "SOCAR Hackathon 2025" tədbiri keçiriləcəkdir.02.12.2025 - 09:12
ABŞ Təhsil Departamenti xarici maliyyə hesabatları üçün yeni portalı təqdim etdi02.12.2025 - 08:59
ABŞ-da IDEA-nın 50 illiyi qeyd olundu: Təhsil Naziri Linda MakMahon və Qubernator Yanqkin Virciniyada şagirdlərlə görüşdü02.12.2025 - 08:46
Məktəblərdə maliyyə savadlılığı dərsləri başlayır: “Uşaqlara şəxsi maliyyəni öyrətməliyik”02.12.2025 - 08:33
Məktəb yeniyetmənin xatirəsinə üzgüçülük dərslərinə başlayır02.12.2025 - 08:20
"Sən axı kimsən?!" – Amid Səlimoğludan oxucunu düşündürən povest02.12.2025 - 08:07
Birlik naziri Suresh Gopi: NEP tarixin təhrif olunmuş hissələrini ifşa etmək üçün "silahdır"02.12.2025 - 07:54
Biharın GER-nin artırılması: Hazırlıq və işə qəbul ali təhsildə dönüş yaradacaq02.12.2025 - 07:41
Peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb02.12.2025 - 07:36
Madras Universitetində 65% müəllim vəzifələri vakantdır, tələbələr akademik uğursuzluqdan qorxur02.12.2025 - 07:28
Azərbaycan məktəbliləri beynəlxalq elm yarışında böyük uğur qazanıblar02.12.2025 - 07:20
Böyük Britaniya Erasmus tələbə mübadiləsi proqramına yenidən qoşulmaq üçün razılıq əldə etməyi hədəfləyir02.12.2025 - 07:15
Məktəblər İngiltərə və Uelsdə müəllimlərə təzyiqi azaltmaq üçün dörd günlük iş həftəsinin sınaqlarını keçirməyə çağırır02.12.2025 - 07:02
Şəhid Aslan İsrafil oğlu Salmanov 02.12.2025 - 06:50
Korniş dilinə Uels, İrlandiya və Şotlandiya Qael dili ilə eyni qorunan status veriləcək02.12.2025 - 06:49
ARTİ metodistlər üçün vebinar keçirib02.12.2025 - 06:48
Romada “Sehrli gecə: Azərbaycan balabanının nəfəsi” adlı konsert təşkil olunub02.12.2025 - 06:42
Nazir müavini: UNESCO-nun siyahısında Azərbaycan 23 irs nümunəsi ilə 5-ci yerdə qərarlaşıb02.12.2025 - 06:38
Tələbə kreditləri və maliyyələşdirmə problemləri davam edir02.12.2025 - 06:36
ABŞ Təhsil Departamenti UC Berkeley-də araşdırmaya başlayıb02.12.2025 - 06:23
BSU kampusunda yeni "Student Space" açılıb02.12.2025 - 06:20
Virginiyada müəllimlərə ChatGPT dəstəyi, MIT-də süni intellekt proqramına maraq artır02.12.2025 - 06:10
Milli Qəhrəman Yusif Əliyevin doğum günüdür02.12.2025 - 05:57
Dekabrın 6-da rəqəmsal SAT imtahanı təşkil olunacaq02.12.2025 - 05:56
Azərbaycan Universiteti ilə Mərkəzi Asiya Universiteti əməkdaşlıq edəcək02.12.2025 - 05:49
Tarixdə bu gün: 2 dekabr 1990 — Musa Manarov "Soyuz TM-11" ilə kosmosa uçdu02.12.2025 - 05:44
Azərbaycan könüllülük həftəsi 202502.12.2025 - 05:40
2025-ci ilin sözü seçildi02.12.2025 - 05:34