Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzinin təşkilatçılığı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən tələbələrə PR və marketinq üzrə növbəti təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, proqram çərçivəsində iştirakçılara PR və marketinqin əsas prinsipləri, bu sahədə qlobal trendlər, uğurlu beynəlxalq PR kampaniyalarının nümunələri, etik davranış qaydaları və effektiv şəbəkələşmə strategiyaları barədə məlumat verilib.
Təlim vizual materiallarla zənginləşdirilib və interaktiv müzakirələr əsasında aparılıb. Tələbələr real situasiyalar üzərində “Case Study” tapşırıqları yerinə yetirərək, PR alətlərinin tətbiqini praktiki şəkildə öyrəniblər. Təlim zamanı tələbələrə PR və marketinq sahəsində karyeraya başlama yolları barədə geniş izah və faydalı tövsiyələr təqdim olunub.

