"2026-cı ildə peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin ümumi sayının 28140 nəfər olacağı gözlənilir".
"Tehsil365" xəbər verir ki, bunu "Peşə Təhsili: nailiyyətlər və çağırışlar" konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili sektorunun aparıcı məsləhətçisi Rəbiyyə Müseyibzadə deyib.
O,qeyd edib ki, cari tələbələrin sayının isə 40 mindən çox olacağı ehtimal edilir.
Rəbiyyə Müseyibzadə əlavə edib ki, yüksək texniki peşə təhsili ilə əhatə edilmiş tələbələrin sayı 10 min nəfər olacaq.
Onun sözlərinə görə, 2027-30-cu tədris ilində peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayının 8000 nəfər, yüksək texniki peşə təhsili ilə əhatə edilmiş tələbələrin sayının isə 2000 nəfər artırılması planlaşdırılır.

