Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Təcrübə şöbəsinin mütəxəssisi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Abiyeva Türkiyə Respublikasının Rizə şəhərində yerləşən Recep Tayyip Erdoğan Universitetində keçirilən elmi konfransda iştirak edib.
“Tehsil365” xəbər verir ki,səfər çərçivəsində Leyla Abiyeva universitetin İngilis dili və ədəbiyyatı bölümündə tələbələr və akademik heyət qarşısında “Nizami Gəncəvi yaradıcılığının fəlsəfəsi və Türk dünyasında yeri” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Nizami irsinin fəlsəfi məzmunu, türk ədəbi-mədəni ənənələrinə təsiri və bu irsin müasir dövr üçün aktuallığı barədə elmi mülahizələrini təqdim edib. Məruzə dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Səfər müddətində Leyla Abiyeva həmçinin, Recep Tayyip Erdoğan Universitetinin akademik heyəti ilə görüşlər keçirib.
Tədbirin sonunda L.Abıyevaya həm elmi çıxışına, həm də akademik əməkdaşlıq fəaliyyətində aktiv iştirakına görə universitetin prorektoru Prof. Yusif Yılmaz tərəfindən iki sertifikat təqdim edilib.

