Təhsil 365 - Logo Mobile

Tələbələr Ali Məhkəməyə ekskursiya ediblər

11202.12.2025 - 17:15
Tələbələr Ali Məhkəməyə ekskursiya ediblər

Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatının (AzMİU TGT) təşkilatçılığı ilə həyata keçirilən “50 il – 50 ekskursiya” layihəsi çərçivəsində tələbələrimiz ölkənin ən mühüm dövlət orqanlarından biri olan Azərbaycan Respublikasının Ali Məhkəməsinə ekskursiya ediblər.

“Tehsil365” bildirir ki, ekskursiyanın məqsədi tələbələrin məhkəmə-hüquq sistemi, məhkəmələrin iş prinsipləri, qərarların qəbul edilmə mexanizmləri və Ali Məhkəmənin fəaliyyəti barədə daha dolğun, praktiki məlumat əldə etməkdir.

Ekskursiya zamanı tələbələr Cinayət Kollegiyasının iclas zalı, məhkəmə prosesi keçirilən zal, Plenum zalı, həmçinin Ali Məhkəmənin konfrans zalı ilə tanış olublar. Gənclərə bu məkanların funksiyası, istifadə qaydaları, proseslərin aparılma forması və iş mexanizmi ətraflı şəkildə izah edilib. Ekskursiya çərçivəsində tələbələr kitabxana və Ali Məhkəmə Muzeyini ziyarət edərək məhkəmə sisteminin tarixi inkişafı, hüquq sahəsində aparılan islahatlar, eləcə də müasir məhkəmə strukturlarının formalaşması haqqında geniş məlumat əldə ediblər.

Tələbələr Azərbaycanın Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Sərvər Vəliyevlə görüşüb, məhkəmə sistemi barədə daha dərindən məlumatlanıblar. Hakim tələbələrə inzibati mübahisələrin mahiyyəti, işlərin məhkəmələrə təqdim olunma mexanizmi, prosesin mərhələləri və inzibati işlər üzrə qərarların hansı hüquqi meyarlarla qəbul edildiyini geniş izah edib, məhkəmə proseslərinin şəffaflığı, tərəflərin bərabərliyi, vətəndaş–dövlət münasibətlərində hüquqi balansın qorunması, real məhkəmə işlərindən nümunələr əsasında qərarvermə mexanizmləri barədə danışaraq tələbələrin suallarını ətraflı cavablandırıb. Bu görüş tələbələr üçün həm nəzəri, həm praktiki baxımdan olduqca faydalı təcrübə olub və onların məhkəmə-hüquq sisteminə dair təsəvvürlərini daha da genişləndirib.

Ekskursiya interaktiv müzakirələrlə, tələbələrin ünvanladıqları sualların cavablandırılması ilə davam edib və Ali Məhkəmənin fəaliyyəti ilə yaxından tanış olmaq baxımından layihənin ən yaddaqalan məqamlarından biri kimi yadda qalıb.

Aysel Paşayeva

Xəbər Lenti

Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib14.05.2026 - 16:55
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək14.05.2026 - 16:45
Tibb eksperti Adil Qeybulla: “Hantavirusla bağlı narahatlıq əsassız deyil”14.05.2026 - 16:45
Psixoloq Nabat Mirzəyeva: “Yeni virus xəbərləri insanlarda qorxu və təşvişi artırır”14.05.2026 - 16:35
Bu ildən rezidenturaya qəbul imtahanının II mərhələsi elektron olacaq14.05.2026 - 16:35
İmposter sindromu və uğur paradoksu-Məqalə14.05.2026 - 16:30
AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib 14.05.2026 - 16:25
Azərbaycanda iki yeni institut yaradılıb14.05.2026 - 16:15
Qarabağ Universiteti elmi jurnal hazırlayıb14.05.2026 - 16:05
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da14.05.2026 - 16:00
“Açıq dərs”də gənclər ailə dəyərlərindən danışdılar14.05.2026 - 15:50
ADPU-da “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” konfransı keçirilir14.05.2026 - 15:40
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib14.05.2026 - 15:30
Peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 15:20
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək14.05.2026 - 15:10
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək14.05.2026 - 15:00
İnsan niyə özünü başqaları ilə müqayisə edir? - Aytən Ələkbərova14.05.2026 - 15:00
Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir14.05.2026 - 14:45
“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir14.05.2026 - 14:30
Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb14.05.2026 - 14:15