Təhsil 365 - Logo Mobile

İbtidai təhsildə iki müəllim modeli tətbiq oluna bilər - İctimai Şuradan TƏKLİF

10302.12.2025 - 13:15
İbtidai təhsildə iki müəllim modeli tətbiq oluna bilər - İctimai Şuradan TƏKLİF

Ötən həftə elm və təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan “Diqqət Mərkəzi” verilişində bildirib ki, sertifikasiya imtahanlarında digər fənn müəllimləri ilə müqayisədə ən aşağı nəticələri ibtidai sinif müəllimləri göstərib.

Tehsil365” Modern.az-a istinadən xəbər verir ki, Bu məqam ibtidai sinif müəllimlərinin üzərinə düşən çoxşaxəli fənn yükünün nəticələrə təsir edib-etməməsi ilə bağlı suallar doğurur. Eləcə də müzakirə olunan digər bir məsələ ibtidai tədrisin bir müəllim əvəzinə müxtəlif fənlər üzrə ixtisaslaşmış bir neçə müəllim tərəfindən həyata keçirilməsinin mümkün olub-olmaması ilə əlaqəlidir.

Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, bu mövzu, əslində, təhsil sistemimizin uzun illərdir gizli qalan, amma bu gün açıq şəkildə müzakirəyə ehtiyacı olan bir nöqtəsidir.

“Nazirin qeyd etdiyi sertifikasiya nəticələrində ibtidai sinif müəllimlərinin daha aşağı bal toplaması tək bir səbəblə izah olunmur, amma burada ən önəmli amillərdən biri onların üzərinə düşən həddindən artıq fənn yüküdür. İbtidai sinif müəllimi həm Azərbaycan dili, həm riyaziyyat, həm həyat bilgisi, həm məntiq, həm də bacarıq yönümlü fəaliyyətləri təkbaşına aparır. Bu isə bir müəllimdən həm humanitar, eləcə də dəqiq elmlərə eyni səviyyədə bələd olmağı tələb edir ki, bu da real deyil.

Dünya təcrübəsinə baxdıqda da görürük ki, bu model yalnız inkişaf etməkdə olan ölkələrə xasdır. Finlandiya, Estoniya, Sinqapur və Cənubi Koreya kimi təhsil nəticələri yüksək olan ölkələrdə ibtidai mərhələdə müəllimlər sahə üzrə ixtisaslaşır - yəni bir müəllim dili, digəri isə riyaziyyatı tədris edir. Hətta bəzi ölkələrdə ibtidai riyaziyyat xüsusi hazırlıq keçmiş “Primary Math Specialist” tərəfindən aparılır. Bu yanaşma həm müəllimin dərs keyfiyyətini artırır, həm də şagirdlərin nəticələrinə müsbət təsir edir”.

Müsahibimiz həmçinin vurğulayıb ki, yerli təhsil sferasında ibtidai mərhələdə iki müəllim modelinin tətbiqi tamamilə mümkündür və əslində, uzunmüddətli perspektivdə də qaçılmaz görünür:

“Çünki müəllim öz güclü tərəfi üzrə dərs keçəndə həm daha rahat olur, eləcə də şagirdlər daha keyfiyyətli tədris alır. Riyaziyyat sistematik, ardıcıllıq tələb edən fəndir və xüsusi metodoloji hazırlıq istəyir. Azərbaycan dili isə tamam fərqli yanaşma, fərqli pedaqoji texnika tələb edir. Bir insanın hər iki sahədə eyni səviyyədə güclü olması nadir haldır. Burada məsələ müəllimin zəifliyi deyil, sistemin ondan qeyri-real gözləntiləridir.

Əgər ibtidai tədris mərhələli şəkildə iki müəllim arasında bölünsə, iş yükü balanslaşar, müəllimin də, şagirdin də inkişafına xidmət edər. Bunun üçün əlbəttə ki, yeni iş bölgüsü, müəllim sayının yenidən hesablanması və ixtisaslaşma mexanizminin yaradılması lazımdır. Doğru planlanarsa, bu struktur dəyişikliyi ibtidai müəllimləri rahatlaşdırmaqla yanaşı, eyni zamanda tədrisin keyfiyyətini də yüksəldər”.

G.Əkbərova onu da əlavə edib ki, ibtidai sinifdə müəllim-fənn ayrılığı gələcəyin qaçılmaz addımıdır:

“Dünya bunu çoxdan tətbiq edib və nəticələr ortadadır: məktəbin təməli daha möhkəm olur. İbtidai müəllim təhsil sisteminin ürəyidir. Ürəyin üzərinə bu qədər yük düşəndə yorulması təbiidir. Yükü bölmək isə həm ürəyi, həm də sistemi gücləndirmək deməkdir”.

Amidə Zeynalova

Xəbər Lenti

UNEC-in bir qrup müəlliminə “Tədqiqatçı” statusu verilib!02.12.2025 - 19:56
Yalçın Rəfiyev: Bəzi məqsədlərə çatmaq üçün hələ də çalışırıq02.12.2025 - 19:46
Elm və Təhsil Nazirliyinin rəsmisi: Bizim uğurumuz peşə təhsili müəssisələrinin birgə fəaliyyətindən asılıdır02.12.2025 - 19:31
İşğaldan azad olunmuş ərazilərin dayanıqlı bərpası üçün yeni layihə hazırlanıb02.12.2025 - 19:16
Tural Əhmədov: ''İqtisadi sahələrdə insanlar artıq daha qısamüddətli təhsil modellərinə maraq göstərirlər''02.12.2025 - 19:01
Yeni müəllim heyəti işə götürmə planı02.12.2025 - 18:20
Jurnalistika fakültələrində və bəzi sahələrdə praktiki dərslərin azlığı-Açıqlama02.12.2025 - 18:05
"Sevgi toxunulmadan yaranan bir hissdir"02.12.2025 - 18:05
Təhsil imtahan sistemi və texnologiyanın rolu 02.12.2025 - 18:01
Dahi bəstəkarın yubileyinə həsr edilən üç nəşr02.12.2025 - 18:00
Şəmkirdə 5 uşaq bağçası əsaslı təmir edilir02.12.2025 - 17:50
"Səninlə dünyada bəxtiyaram mən" adlı ədəbi-musiqili proqram təqdim edilib02.12.2025 - 17:45
ABŞ universitetlərinə qəbul azalıb02.12.2025 - 17:44
Bakıda 13 yaşlı qızın müəmmalı ölümü: Məktəblinin telefonunda gördükləri ailəni şoka saldı02.12.2025 - 17:35
“Seysmologiya və zəlzələyə davamlı tikinti” mövzusunda elmi seminar02.12.2025 - 17:30
"Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nda dəyişiklik edilib02.12.2025 - 17:20
"Səninlə dünyada bəxtiyaram mən" adlı ədəbi-musiqili proqram təqdim edilib02.12.2025 - 17:20
Tələbələr Ali Məhkəməyə ekskursiya ediblər02.12.2025 - 17:15
Süni intellektdən təzminat tələb etdilər02.12.2025 - 17:09
Bakı Dövlət Universitetində “Aqroməktəb” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib02.12.2025 - 17:05
ADU-da Şükran gününə həsr olunmuş tədbir keçirilib02.12.2025 - 17:00
ADU-da “Hər Qız Məktəbə” adlı dəyirmi masa keçirilib02.12.2025 - 16:45
Beynəlxalq ESL Konfransı 2025 uğurla keçirilib02.12.2025 - 16:30
“Erqoterapiyanın mahiyyəti və tətbiq sahələri” mövzusunda maarifləndirici tədbir keçirilib02.12.2025 - 16:15
“Suveren Azərbaycan: Gənclər və Konstitusiyanın rolu” mövzusunda dəyirmi masa keçirilib02.12.2025 - 16:00
Teatr Xadimləri İttifaqında Kamal Abdullaya həsr olunan tədbir keçirilib02.12.2025 - 15:45
“Təhsildə qiymətləndirmə modelləri və beynəlxalq təcrübə” mövzusunda seminar keçirilib02.12.2025 - 15:30
Ustadın Zamanla Söhbəti – Kamal Abdullanın 75 illiyi BDU-da02.12.2025 - 15:15
Qrant ayrılmış özəl bağçalara qeydiyyat başlayıb02.12.2025 - 15:00
Dünyanın ən çirkli şəhəri bu şəhərdir02.12.2025 - 14:20
Telefonunuza gizli nəzarətlə bağlı 5 açıq əlamət02.12.2025 - 14:05
"İnsan yuma maşınları" bu qiymətə satışa çıxarıldı02.12.2025 - 13:55
Elm və Təhsil Nazirliyində yeni bölmə YARADILDI02.12.2025 - 13:45
Ülvi Mehdiyev: "Süni intellekt bazarının dəyəri 800 milyard dolları ötüb"02.12.2025 - 13:30
UNEC-in bir qrup müəlliminə “Tədqiqatçı” statusu verilib02.12.2025 - 13:00
Qarabağ Universiteti Latviya Universitetində beynəlxalq konfransda təmsil olunub02.12.2025 - 12:45
ADNSU-nun əməkdaşı Türkiyədə keçirilən elmi konfransda iştirak edib02.12.2025 - 12:30
ADNSU-da “Nəzəriyyədən təcrübəyə” adlı Qida festivalı keçirilib02.12.2025 - 12:15
BDU və Milli Observatoriya arasında əməkdaşlıq çərçivəsində növbəti təlim02.12.2025 - 12:00
UNEC-də “İctimaiyyətlə əlaqələr” dərsliyinin təqdimatı keçirilib02.12.2025 - 11:50
BDU-da Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş seminarlar davam edir02.12.2025 - 11:45
"Gələn il peşə təhsili müəssisələrinə 40 mindən çox tələbə qəbul olunacaq"02.12.2025 - 11:35
ADNSU-nun professor-müəllim heyətinin əmək haqqı artırıldı 02.12.2025 - 11:30
BƏƏ məktəblərində süni intellekt əsaslı tədris platformaları tətbiq olunur02.12.2025 - 11:15
Elm və Təhsil Nazirliyində yeni bölmə yaradıldı02.12.2025 - 11:05
Builki buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olacaq02.12.2025 - 10:50
"Türk və Çin dillərində sözlərin qarşılıqlı alınması həm də mədəniyyətlərarası əlaqələrin göstəricisidir"02.12.2025 - 10:35