"Süni intellekt bazarının dəyəri artıq 800 milyard dolları keçib və proqnozlara görə, 2030-cu ilədək bir neçə trilyon dollar həcmində olacağı gözlənilir".
“Tehsil365” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI HUB) açılış tədbirində deyib.
Onun sözlərinə görə, 2025-ci ilin ən son statistikalarına əsasən, artıq 400 milyona yaxın insan süni intellekt həllərindən bu və ya digər formada istifadə edir, yararlanır:
"Beynəlxalq şirkətlərin və ümumiyyətlə biznes dünyasının təxminən 70 faizi ən azı bir süni intellekt həllini öz biznes proseslərinə tətbiq edib. Bu isə onu göstərir ki, süni intellekt anlayışı artıq həyat tərzimizə çevrilib. İstər iqtisadiyyat, sənaye, səhiyyə, təhsil, sosial həyat, istərsə də şəxsi həyat - bütün sahələrdə süni intellekt bizim ayrılmaz bir hissəmiz olub".

