Bu gün, 3 dekabr, Azərbaycanın daxili işlər orqanlarında uzun illər fəaliyyət göstərmiş Hacı Teymur oğlu Məmmədovun vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 1951-ci ildə anadan olmuş, peşəkar fəaliyyəti dövründə Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışmışdır.
Polis polkovnik-leytenant rütbəsinə qədər yüksəlmiş Hacı Teymur Məmmədovun adı həm də müxtəlif dövrlərdə kriminal dairələrlə bağlı hallanmış, bəzi məlumatlara görə, cinayətkar dəstə ilə əlaqələndirilmişdir. Onun fəaliyyəti ictimaiyyət arasında birmənalı qarşılanmasa da, daxili işlər sistemində uzun müddət xidmət göstərmiş şəxslərdən biri kimi yadda qalmışdır.
Hacı Teymur Məmmədov 2017-ci il dekabrın 3-də Bakının Xəzər rayonunda vəfat etmişdir.

