Yeni Zelandiya ali təhsil sistemində iqtisadi artıma yönəlmiş yeni strategiyasını açıqlayıb.
"Tehsil365" xəbər verir ki, Strategiyada “ən vacib olana yenidən diqqət yetirmək” prinsipi əsas tutulur və bu, ölkənin iş bazarının ehtiyaclarına uyğun təhsil proqramlarının gücləndirilməsi məqsədi daşıyır.
Yeni mantranın məqsədi ali təhsilin işəgötürmə ilə əlaqəsini daha da möhkəmləndirmək, tələbələrin bacarıqlarını artırmaq və iqtisadi artıma birbaşa töhfə verməkdir. Strategiyada təhsil müəssisələri ilə sənaye sektorunun əməkdaşlığı genişləndiriləcək, eləcə də innovasiya və texnoloji inkişaf dəstəklənəcək.
Yeni Zelandiya hökuməti bu yanaşmanı “unapologetic”, yəni qətiyyətli və tərəddüdsüz iqtisadi prioritet kimi qiymətləndirir və ali təhsilin ölkənin gələcək inkişafında aparıcı rol oynamasını hədəfləyir.

