Avstraliyada bu il üzrə NAPLAN (Milli Qiymətləndirmə Proqramı – Ədəbiyyat və Riyaziyyat) nəticələrinə əsasən yüksək nailiyyət göstərən məktəblərin siyahısı yayımlanıb.
“Tehsil365” xəbər verir ki , Siyahıda diqqət çəkən təhsil ocaqlarından biri də Yeni Cənubi Uels ştatında yerləşən Carlingford West Dövlət Məktəbidir.
Bu məktəbdə tələbələrin 96%-i evdə ingilis dilindən başqa bir dildə danışır, lakin bu müxtəlif dil mühiti məktəbin ümumi nəticələrinə mənfi deyil, əksinə müsbət təsir göstərib. Məktəb rəhbərliyi və müəllim heyəti bildirir ki, mədəni və dil müxtəlifliyi uşaqların sosial və akademik inkişafına ciddi töhfə verir.
Məktəbin müəllimləri bu uğuru tələbələrin fədakarlığı, ailələrin dəstəyi və güclü tədris metodikası ilə əlaqələndirirlər. Carlingford West məktəbinin nümunəsi Avstraliyada dil və mədəni müxtəlifliyin təhsildə maneə deyil, üstünlük ola biləcəyini göstərir.

