ABŞ yazıçısı, texnoloji sahibkar və podkaster Scott Galloway kişilik anlayışındakı dəyişikliklərə və bu dəyişikliklərin cəmiyyətə təsirinə diqqət çəkib.
“Tehsil365” xəbər verir ki, Onun yeni kitabı — “İnsan olmaq haqqında qeydlər” (“The Algebra of Being Human”) ötən ay çap olunduğu kimi bestsellerlər siyahısında ilk yerə yüksəlib.
Galloway, kişilərin bugünkü cəmiyyətdə üzləşdiyi təcrid, emosional boğulma və məqsəd axtarışı problemlərinə toxunur. O bildirir ki, dijital dövr və sosial dəyişikliklər bir çox gənc kişini tənhalığa, sosial izolyasiyaya və aseksual həyata sürükləyir.
“Narahatam ki, biz yeni aseksual, asosial kişi cinsini inkişaf etdiririk,” – deyən Galloway bunu təkcə fərdi deyil, həm də ictimai və siyasi nəticələri olan bir böhran kimi qiymətləndirir. O, bu vəziyyəti Donald Trampın yüksəlişi və kişi seçicilərdəki narazılıqla da əlaqələndirir.
Kitab həm də kişilərin ağlamaqdan utanmaması, emosiyalarını ifadə etməsi, və sevgi və yaxınlıq kimi insani ehtiyaclarını tanıması mövzusunu qabardır. Galloway hesab edir ki, “kişilik” anlayışı yenidən tərif edilməli və duyğusal sağlamlıq bu anlayışın əsas elementi olmalıdır.

