Azərbaycan Dillər Universiteti “Xəlifə 2025” layihəsi çərçivəsində təqdim olunan bütün platformaların yenidən yoxlanıldığını açıqlayıb. Aparılan araşdırmalar zamanı bəzi tələbələrin bir neçə vəzifəyə namizədlik verdiyi, eləcə də seçdikləri platformaların həmin vəzifələrə uyğun olmadığı müəyyən edilib. Qaydalara əsasən, hər bir iştirakçı yalnız bir vəzifə üçün müraciət etməli və uyğun platformanı seçməli idi. Bu tələblərə cavab verməyən platformalar ləğv edilib.
‘Tehsil365” xəbər verir ki, Universitet bildirib ki, narahatlığa əsas yoxdur və layihə dayanmayıb. Məlumata görə, gələn il “Xəlifə 2026” daha genişləndirilmiş, sistemli və kreativ formada yenidən həyata keçiriləcək. Tələbələri daha güclü, daha hazırlıqlı və seçdikləri vəzifələrə tam uyğun platformaların gözlədiyi vurğulanıb.
Rəsmi açıqlamada layihəyə göstərilən maraq və fəallığa görə bütün tələbələrə təşəkkür edilib. Universitet, tələbələrin enerji və ideyalarının layihəni xüsusi etdiyini bildirib.
ADU gələn il daha yüksək motivasiya, yeni hədəflər və peşəkar namizədliklərlə tələbələrlə yenidən görüşəcəyini qeyd edib.

