Gənclər və idman naziri Fərid Qayıbov Koreyanın Busan şəhərində Dünya Antidopinq Konfransında (“World Anti-Doping Conference 2025”) iştirak edib.
'“Tehsil365” xəbər verir ki, Konfransda çıxış edən nazir Fərid Qayıbov antidopinq siyasətinin qlobal problemlərinə toxunub, həmçinin Azərbaycanın antidopinq sahəsində həyata keçirdiyi tədbirlər, beynəlxalq əməkdaşlıq fəaliyyəti və gələcək prioritetlər barədə məlumat verib.
Nazir çıxışında ölkəmizin ev sahibliyi etdiyi kütləvi idman tədbirləri, sağlam həyat tərzinin təşviqi (“sport lifestyle”) və digər uğurlu layihələr haqqında da danışıb.
Səfər çərçivəsində nazir Fərid Qayıbov Koreyanın mədəniyyət, idman və turizm naziri Ce Hvi-Yanq, Dünya Antidopinq Agentliyinin (WADA) prezidenti Vitold Banka və Busan Böyükşəhər Bələdiyyəsinin meri Park Heonq-cun ilə müxtəlif görüşlər keçirib.
Görüşlər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

