Dövlət İmtahan Mərkəzi 5 dekabr saat 14:00-da “Buraxılış və qəbul imtahanlarında ətraflı cavabların yoxlanılması” mövzusunda açıq müzakirə keçirəcək.
“Tehsil365” xəbər verir ki, Şagirdlər, abituriyentlər, valideynlər və müəllimlər iştirak edə bilərlər.
Görüşdən sonra fənlər üzrə praktik yazı işi treninqləri təşkil olunacaq.
İştirak üçün 3 dekabra qədər qeydiyyat tələb olunur.
Yerlər məhduddur – ilk 140 nəfər qəbul ediləcək.
Ünvan: DİM-in elektron imtahanlar korpusu, S.S. Axundov 50

