Təhsil 365 - Logo Mobile

672 məktəbli orbitə peyk göndərdi

10303.12.2025 - 11:10
672 məktəbli orbitə peyk göndərdi

Azərbaycanlı məktəblilərin hazırladığı ilk peyk Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından SpaceX şirkətinin “Falcon 9” raketi ilə uğurla orbitə göndərilib.

“Tehsil365” xəbər verir ki, 7-9-cu sinif şagirdləri tərəfindən hazırlanan bu kiçik ölçülü - “PocketQube” tipli peyk artıq kosmosdadır:

Bildirilib ki, müsabiqə AZCON Holdinqə daxil olan Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya tərəfindən “Milli Peyk İnnovasiya” çərçivəsində həyata keçirilib.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərin 5 illiyinə həsr olunan bu peykin adı da “Azərbaycanın Zəfəri”dir. Bu qürurverici layihə ölkənin təhsil və innovasiya ekosistemində tarixi dönüş nöqtəsi hesab olunur. Azərbaycanın 41 məktəbindən 672 şagirdin iştirak etdiyi proqram regionda məktəblilər arasında həyata keçirilən ən geniş kosmik təşəbbüslərdən biri kimi qeyd olunur.

Zəfər peyki 297 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanıb. Layihə gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı düşüncəni və texnoloji marağı birləşdirən hadisə kimi dəyərləndirilir.

Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bildirib ki, bu nailiyyət ölkənin gələcəyinə edilən mühüm sərmayədir: “Şagirdlərə real kosmik avadanlığı dizayn edib sınaqdan keçirmək və orbitə göndərmək imkanı yaratmaqla biz gələcəyin kosmik mütəxəssislərini yetişdiririk. Bu məktəbli layihəsi ölkəmizdə artıq 15 ildir ki, formalaşmış müasir kosmik ekosistemin bəhrəsidir. Bu gün bizim məktəblilər kosmosa yalnız peyk deyil, öz arzularını da göndərdilər. Bu uğur Azərbaycanın təhsil sahəsinə edilən investisiyanın real texnoloji nəticələrə çevrildiyini göstərir".

Peyk üzərində çalışan şagirdlər bir neçə ay ərzində kosmik mühəndisliyin əsaslarını öyrənib, elektronika komponentləri ilə işləyib, simulyasiyalar aparıb və kiçik-ölçülü peyki mütəxəssislərin rəhbərliyi ilə yığıblar. Bu layihə ölkənin inkişaf edən STEAM (Science – Elm, Technology – Texnologiya, Engineering – Mühəndislik, Art – İncəsənət, Mathematics – Riyaziyyat) ekosistemi üçün yeni mərhələ açır və Azərbaycanın tarixində ilk dəfə peykin tam şəkildə məktəblilər tərəfindən hazırlanması ilə yadda qalır.

Qeyd edək ki, Milli Peyk Innovasiya Müsabiqəsi KOSMİK Akademiyanın , Braziliya Kosmik Agentliyi və "IDEIA Space" şirkətinin birgə təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Paşa Holdinq”-in dəstəyi ilə həyata keçirilib.

“Azərbaycanın Zəfəri” peykimiz orbitdə baza sınaqlarını həyata keçirəcək, telemetriya məlumatları toplayacaq və şagirdlərə buraxılışdan sonra da peyk əməliyyatları üzərində real təcrübə əldə etmək imkanı verəcək.

Bu buraxılış Azərkosmosun yerli istedadların inkişafına, gənclərin innovativ təşəbbüslərinə və dayanıqlı milli kosmik ekosistemin qurulmasına yönəlmiş fəaliyyətinin növbəti mərhələsini təşkil edir.

Nərgiz Süleymanova

Xəbər Lenti

ADNSU-da “Rəqəmsal təhsil ekosistemi və LMS-ə keçid” mövzusunda təlim keçirilib03.12.2025 - 13:00
Təhsil Tələbə Krediti Fondu Bakı Ali Neft Məktəbində infosessiya keçirib03.12.2025 - 12:45
Qarabağ Universitetinin müəlliminin 3 məqaləsi nüfuzlu beynəlxalq jurnallarda dərc olunub03.12.2025 - 12:30
ATMU rəhbər vəzifələrdə gənclərə etimad göstərir03.12.2025 - 12:15
Psixoloqdan valideynlərə xəbərdarlıq: "Yeniyetmələrin izlədiyi məzmun onları idarə edə bilər"03.12.2025 - 11:57
Kimyaçı Mədəniyyət Sarayında kino musiqilərinə həsr olunmuş konsert keçirilib03.12.2025 - 11:55
ADPU-nun Quba filialında Həsən Həsənovla görüş keçirilib03.12.2025 - 11:40
Emin Əmrullayev ona irad bildirilən şərhlərə belə reaksiya verdi03.12.2025 - 11:25
Ankara Universitetinin alimləri AzMİU-da seminar keçirlər03.12.2025 - 10:55
Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq03.12.2025 - 10:40
Rza Mahmudovun məqaləsi Scopus jurnalında çap olundu 03.12.2025 - 10:30
BSU rektoru Türkiyədə Azərbaycanın gücünü və liderliyini vurğuladı03.12.2025 - 10:20
Aşqarlar Kimyası İnstitutu ilə Türkiyə universitetləri arasında birgə layihələrin həyata keçirilməsi müzakirə olunub03.12.2025 - 10:05
Akademik İsa Həbibbəyli çinli tələbələrə Azərbaycan ədəbiyyatından mühazirə oxuyub03.12.2025 - 09:55
"Elm,İrs İnnovasiyalar” adlı beynəlxalq konfrans keçiriləcək"03.12.2025 - 09:40
ADA Universitetinə SAT nəticələri ilə qəbul tələbləri açıqlanıb03.12.2025 - 09:25
Təhsildə uğurun əsas psixoloji faktorları hansılardır?03.12.2025 - 09:10
“Susqunluq bəzən ən böyük səsdir” – Bəsti Yusifova ilə “Səssiz Sevda” haqqında03.12.2025 - 08:59
Scott Galloway kişilik böhranı haqqında: “Yeni aseksual, asosial kişi tipi formalaşır”03.12.2025 - 08:46
Yeni məlumatlar Avstraliyanın 2025-ci il üzrə yüksək nailiyyət əldə edən NAPLAN məktəblərini açıqlayır03.12.2025 - 08:33
Məktəblərdə “deepfake” pornoqrafiyasının yayılması narahatlıq doğurur: “Bir şagird o qədər dəhşətə gəldi ki, qusdu”03.12.2025 - 08:20
Ingiltərədə məktəblərdə 4 günlük iş həftəsi gündəmdə: Müəllimlər və valideynlər nə düşünür?03.12.2025 - 08:07
DİM-dən yeni görüş!03.12.2025 - 08:00
Gənclər və İdman naziri "Dünya Antidopinq" konfransında iştikrak edib03.12.2025 - 07:55
Tibb laboratoriyası tələbələrinin təhsil haqqının bir hissəsi ödəniləcək03.12.2025 - 07:54
Fədakar müəllim nümunəsi!03.12.2025 - 07:45
Babson kolleci deportasiya edilmiş tələbəyə dəstək təklif edir03.12.2025 - 07:41
AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib03.12.2025 - 07:40
ABŞ təhsil naziri Linda McMahon milli "Tarix Daşları!" turuna başladı03.12.2025 - 07:28
Agentlik rəsmisi: "Peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur"03.12.2025 - 07:20
ANU musiqi məktəbində struktur dəyişiklikləri ilə bağlı vədi ləğv etdi03.12.2025 - 07:15
Universitet-Biznes əməkdaşlığı gərginlik altında qalır03.12.2025 - 07:02
"Təhsil naziri, uşağa belə şeir öyrətməzlər"03.12.2025 - 07:00
UCU tətil bülleteni uğursuz oldu: Üzvlərin 60%-i səs vermədi03.12.2025 - 06:49
Tyutor olmaq istəyənlərin NƏZƏRİNƏ03.12.2025 - 06:45
Yeni Zelandiya strategiyasında iqtisadi artıma "Unapologetic" diqqət03.12.2025 - 06:36
Azərbaycanlı hərbçi Vəli bəy Yadigarovun xatirəsi anılır03.12.2025 - 06:23
ADU-da “Xəlifə 2025” layihəsi ilə bağlı yeni açıqlama03.12.2025 - 06:20
Azərbaycan Komsomolunun 9-cu qurultayı başa çatmışdır03.12.2025 - 06:10
“Gürcüstan və Azərbaycan Dostluq Evi” İctimai İttifaqı Təsis Olunub03.12.2025 - 05:57
Şəhid Orxan Fikrət oğlu Salehov03.12.2025 - 05:53
1988-ci il, 3 dekabr — Azərbaycan SSR hakimiyyəti Azadlıq meydanındakı mitinqçilərdən meydanı boşaltmağı tələb etdi03.12.2025 - 05:44
3 dekabr – Beynəlxalq Əlillər Günü qeyd olunur03.12.2025 - 05:31
İntellektual Gənclərin İnkişaf Düşərgəsi keçiriləcək03.12.2025 - 05:30
Azərbaycanın əməkdar rəssamı Rəfael Abbasovun vəfatının ildönümüdür03.12.2025 - 05:18
Xankəndi, Laçın və Cəbrayılda Peşə Təhsil Mərkəzləri tikiləcək03.12.2025 - 05:10
Keçmiş polis zabiti Hacı Teymur Məmmədovun vəfatının ildönümüdür03.12.2025 - 05:05