Təhsil 365 - Logo Mobile

BSU rektoru Türkiyədə Azərbaycanın gücünü və liderliyini vurğuladı

10903.12.2025 - 10:20
BSU rektoru Türkiyədə Azərbaycanın gücünü və liderliyini vurğuladı

Dekabrın 2-də Bakı Slavyan Universitetinin " Konstitusiya və Suverenlik İli " üzrə Fəaliyyət Planına uyğun olaraq BSU-nun rektoru Anar Nağıyev Türkiyə Respublikasının Marmara Universiteti Türkiyyat Araşdırmaları İnstitutunda tələbələr qarşısında " Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi " mövzusunda mühazirə ilə çıxış edib.

“Tehsil365” xəbər verir ki,rektor Anar Nağıyev mühazirəsində coğrafiyanın, siyasi tarixin və geosiyasətin dövlətlərin taleyində oynadığı həlledici roldan danışıb. O, Prezident İlham Əliyevin çıxışlarına istinad edərək Azərbaycanın coğrafi, qonşuluq və geosiyasi mövqeyinin ölkəmizin regional liderliyini şərtləndirdiyini vurğulayıb. Azərbaycanın Mərkəzi Asiya, Şərqi Avropa, Yaxın Şərq və Asiya ölkələri ilə əlaqələrində körpü roluna diqqət çəkib.

Tarixi proseslərdən bəhs edən rektor Azərbaycanın müxtəlif dövrlərdə yaşadığı işğallar, Gülüstan və Türkmənçay müqavilələri, Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyəti və Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə milli oyanış və inkişaf mərhələləri haqqında danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan qalib dövlətə çevrilib, ərazi bütövlüyünü bərpa edərək regional güc mərkəzi olub.

A.Nağıyev siyasi fəlsəfə və klassik geosiyasi nəzəriyyələrə – Makiavelli, Hobs, Lok, Makkinderin Hartland və Spaykmanın Rimland konsepsiyalarına toxunaraq Azərbaycanın quru və dəniz gücünün kəsişmə nöqtəsində yerləşdiyini bildirib. O, həmçinin qonşuluğun dövlət siyasəti üçün vacibliyini izah edib, Türkiyənin bölgədəki rolunu və Orta Dəhlizin qlobal əhəmiyyətini qeyd edib. Rektor Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlara, Zəngəzur dəhlizinin strateji mahiyyətinə diqqət çəkib və regionda sabitlik üçün sülhün vacibliyini vurğulayıb. Azərbaycan səfirliyinə İran tərəfindən edilən terror hücumu və Rusiya hava məkanında vurulan təyyarə hadisəsi sülhə təhdid kimi qiymətləndirilib.

Regional təhlükəsizlik kontekstində rektor Türk dünyasının rolundan, Şuşa Bəyannaməsinin Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələsi kimi əhəmiyyətindən bəhs edib.

Sonda A. Nağıyev Azərbaycanın Avropa, xüsusilə Balkan regionu üçün enerji sahəsində əhəmiyyətini, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini və COP29-un nəticələrindən bəhs edərək, bütün bu faktorların Azərbaycanın qlobal dialoq platformasına çevrilməsi və regional güc kimi mövqeyini daha da möhkəmləndirdiyini vurğulayıb.


Nərgiz Süleymanova

Xəbər Lenti

ADNSU-da “Rəqəmsal təhsil ekosistemi və LMS-ə keçid” mövzusunda təlim keçirilib03.12.2025 - 13:00
Təhsil Tələbə Krediti Fondu Bakı Ali Neft Məktəbində infosessiya keçirib03.12.2025 - 12:45
Qarabağ Universitetinin müəlliminin 3 məqaləsi nüfuzlu beynəlxalq jurnallarda dərc olunub03.12.2025 - 12:30
ATMU rəhbər vəzifələrdə gənclərə etimad göstərir03.12.2025 - 12:15
Psixoloqdan valideynlərə xəbərdarlıq: "Yeniyetmələrin izlədiyi məzmun onları idarə edə bilər"03.12.2025 - 11:57
Kimyaçı Mədəniyyət Sarayında kino musiqilərinə həsr olunmuş konsert keçirilib03.12.2025 - 11:55
ADPU-nun Quba filialında Həsən Həsənovla görüş keçirilib03.12.2025 - 11:40
Emin Əmrullayev ona irad bildirilən şərhlərə belə reaksiya verdi03.12.2025 - 11:25
672 məktəbli orbitə peyk göndərdi03.12.2025 - 11:10
Ankara Universitetinin alimləri AzMİU-da seminar keçirlər03.12.2025 - 10:55
Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq03.12.2025 - 10:40
Rza Mahmudovun məqaləsi Scopus jurnalında çap olundu 03.12.2025 - 10:30
Aşqarlar Kimyası İnstitutu ilə Türkiyə universitetləri arasında birgə layihələrin həyata keçirilməsi müzakirə olunub03.12.2025 - 10:05
Akademik İsa Həbibbəyli çinli tələbələrə Azərbaycan ədəbiyyatından mühazirə oxuyub03.12.2025 - 09:55
"Elm,İrs İnnovasiyalar” adlı beynəlxalq konfrans keçiriləcək"03.12.2025 - 09:40
ADA Universitetinə SAT nəticələri ilə qəbul tələbləri açıqlanıb03.12.2025 - 09:25
Təhsildə uğurun əsas psixoloji faktorları hansılardır?03.12.2025 - 09:10
“Susqunluq bəzən ən böyük səsdir” – Bəsti Yusifova ilə “Səssiz Sevda” haqqında03.12.2025 - 08:59
Scott Galloway kişilik böhranı haqqında: “Yeni aseksual, asosial kişi tipi formalaşır”03.12.2025 - 08:46
Yeni məlumatlar Avstraliyanın 2025-ci il üzrə yüksək nailiyyət əldə edən NAPLAN məktəblərini açıqlayır03.12.2025 - 08:33
Məktəblərdə “deepfake” pornoqrafiyasının yayılması narahatlıq doğurur: “Bir şagird o qədər dəhşətə gəldi ki, qusdu”03.12.2025 - 08:20
Ingiltərədə məktəblərdə 4 günlük iş həftəsi gündəmdə: Müəllimlər və valideynlər nə düşünür?03.12.2025 - 08:07
DİM-dən yeni görüş!03.12.2025 - 08:00
Gənclər və İdman naziri "Dünya Antidopinq" konfransında iştikrak edib03.12.2025 - 07:55
Tibb laboratoriyası tələbələrinin təhsil haqqının bir hissəsi ödəniləcək03.12.2025 - 07:54
Fədakar müəllim nümunəsi!03.12.2025 - 07:45
Babson kolleci deportasiya edilmiş tələbəyə dəstək təklif edir03.12.2025 - 07:41
AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib03.12.2025 - 07:40
ABŞ təhsil naziri Linda McMahon milli "Tarix Daşları!" turuna başladı03.12.2025 - 07:28
Agentlik rəsmisi: "Peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur"03.12.2025 - 07:20
ANU musiqi məktəbində struktur dəyişiklikləri ilə bağlı vədi ləğv etdi03.12.2025 - 07:15
Universitet-Biznes əməkdaşlığı gərginlik altında qalır03.12.2025 - 07:02
"Təhsil naziri, uşağa belə şeir öyrətməzlər"03.12.2025 - 07:00
UCU tətil bülleteni uğursuz oldu: Üzvlərin 60%-i səs vermədi03.12.2025 - 06:49
Tyutor olmaq istəyənlərin NƏZƏRİNƏ03.12.2025 - 06:45
Yeni Zelandiya strategiyasında iqtisadi artıma "Unapologetic" diqqət03.12.2025 - 06:36
Azərbaycanlı hərbçi Vəli bəy Yadigarovun xatirəsi anılır03.12.2025 - 06:23
ADU-da “Xəlifə 2025” layihəsi ilə bağlı yeni açıqlama03.12.2025 - 06:20
Azərbaycan Komsomolunun 9-cu qurultayı başa çatmışdır03.12.2025 - 06:10
“Gürcüstan və Azərbaycan Dostluq Evi” İctimai İttifaqı Təsis Olunub03.12.2025 - 05:57
Şəhid Orxan Fikrət oğlu Salehov03.12.2025 - 05:53
1988-ci il, 3 dekabr — Azərbaycan SSR hakimiyyəti Azadlıq meydanındakı mitinqçilərdən meydanı boşaltmağı tələb etdi03.12.2025 - 05:44
3 dekabr – Beynəlxalq Əlillər Günü qeyd olunur03.12.2025 - 05:31
İntellektual Gənclərin İnkişaf Düşərgəsi keçiriləcək03.12.2025 - 05:30
Azərbaycanın əməkdar rəssamı Rəfael Abbasovun vəfatının ildönümüdür03.12.2025 - 05:18
Xankəndi, Laçın və Cəbrayılda Peşə Təhsil Mərkəzləri tikiləcək03.12.2025 - 05:10
Keçmiş polis zabiti Hacı Teymur Məmmədovun vəfatının ildönümüdür03.12.2025 - 05:05