Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada Simfonik Orkestri Sumqayıt şəhəri Kimyaçı Mədəniyyət Sarayında kino musiqilərindən ibarət xüsusi proqramla çıxış edib.
“Tehsil365” xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib. Konsertin baş prodüseri Ülviyyə Bəbirli, layihə rəhbəri Hüseynağa Aslanov, dirijor isə Ellada Məmmədova olub.
Proqramda Azərbaycan və dünya kino tarixinin tanınmış filmlərinə yazılmış musiqilər səsləndirilib.

