Peşəkar gənc mütəxəssislərin yetişdirilməsinə daim önəm verən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) uğurlu kadr siyasətinin bariz nümunələrindən biri də Hacı Hacıbala oğlu Qasımlıdır.
“Tehsil365” xəbər verir ki,2018-ci ildən ATMU-da fəaliyyət göstərən Hacı Qasımlı Elm və innovasiya şöbəsində çalışdığı müddətdə peşəkarlığı və məsuliyyətli işi ilə seçilib. 2021–2025-ci illərdə həmin şöbədə mütəxəssis kimi fəaliyyət göstərdikdən sonra bu gün ATMU-nun Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzinin Magistratura və doktorantura bölməsinə “Bölmə rəhbəri” vəzifəsinə təyin olunması universitetin gənc kadrlara göstərdiyi etimadın və onlara yaradılan geniş inkişaf imkanlarının göstəricisidir.
H.Qasımlı 2014–2018-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) “İnformasiya və sənəd menecmenti” ixtisası üzrə bakalavr, 2018–2020-ci illərdə isə “Sənəd resursları və informasiya axtarış sistemləri” ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib.
2021–2024-cü illərdə BDU-nun 3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə doktorantura təhsili alan H.Qasımlının dissertasiya işi 22 may 2024-cü ildə müzakirədən keçərək müdafiəyə buraxılıb və hazırda elmi seminar mərhələsindədir.
H.Qasımlının bu karyera yolu ATMU-nun gənclərin peşəkar və elmi yüksəlişinə verdiyi dəstəyin bir nümunəsidir.
ATMU kollektivi adından Hacı Qasımlını təbrik edir, ona fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq!

