Təhsil Tələbə Krediti Fondu (TTKF) Bakı Ali Neft Məktəbində (BANM) ödənişli əsaslarla təhsil alan tələbələr üçün maarifləndirici infosessiya keçirib.
“Tehsil365” xəbər verir ki,infossesiyanın açılışında çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları və iştirakçıları salamlayaraq ödənişli əsaslarla təhsil alan tələbələr üçün təhsil tələbə kreditlərinin yaratdığı imkanlardan danışıb, bu mexanizmin tələbələrin akademik yoluna göstərdiyi müsbət təsirləri vurğulayıb.
TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun imkanları, fəaliyyət istiqamətləri və tələbələrə təqdim etdiyi dəstək mexanizmləri barədə geniş məlumat verib. Fondun Təhsil müəssisələri ilə iş şöbəsinin mütəxəssisi Kifayət Lələzadə isə təhsil tələbə kreditlərinə müraciət şərtləri, geri ödəniş prinsipləri haqqında təqdimat edib.
Görüş interaktiv formatda təşkil edilib, tələbələrin sualları cavablandırılıb.

