Dekabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən AZİ Akademiyanın və universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə əməkdaşlar üçün növbəti təlim keçirilib.
“Tehsil365” xəbər verir ki,ADNSU-da “Rəqəmsal təhsil ekosistemi və LMS-ə keçid” mövzusuna həsr olunan təlim Tədris departamentinin Elektron təhsil və monitorinq şöbəsinin müdiri Cəfər Sadıqzadə tərəfindən aparılıb.
Təlimdə LMS-in universitet miqyasında tətbiqinin tədris prosesinə təsiri, idarəetmədə yaratdığı yeniliklər və mövcud problemlərin aradan qaldırılmasına verdiyi töhfələrdən danışılıb, mövzu iştirakçılara ətraflı izah olunub.
Təlimdə həmçinin dekan və kafedra rəhbərlərinin məlumatlandırma və proseslərin idarə olunması ilə bağlı üzərlərinə düşən öhdəliklər, LMS üzərindən izləyə biləcəkləri göstəricilər, eləcə də müəllim–tələbə işində sistemdən effektiv istifadə qaydaları müzakirə edilib.
Qeyd edək ki, təlimin əsas məqsədi universitetdə planlaşdırılan rəqəmsal təhsil modelinin – LMS sistemi, elektron jurnal, monitorinq platforması və imtahan prosesləri də daxil olmaqla iştirakçılara təqdim edilməsidir.

