Təhsil 365 - Logo Mobile

Naxçıvan Dövlət Universitetində Xalq yazıçısı Kamal Abdullaya həsr olunan konfrans keçirilib

10303.12.2025 - 15:30
Naxçıvan Dövlət Universitetində Xalq yazıçısı Kamal Abdullaya həsr olunan konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində Xalq yazıçısı, akademik Kamal Abdullanın anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley konfransı keçirilib. Görkəmli alim, Xalq yazıçı, ədəbiyyatşünas və ictimai xadimin Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrin geniş işıqlandırıldığı tədbir elmi-ədəbi ictimaiyyət tərəfindən mühüm hadisə kimi dəyərləndirilib. 

“Tehsil365” xəbər verir ki, konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev yubilyarı təbrik edərək onun elmi fəaliyyəti, dilçilik sahəsində apardığı tədqiqatlar və ədəbiyyatşünaslığa verdiyi əhəmiyyətli töhfələr haqqında danışıb. Qeyd olunub ki, Kamal Abdulla yalnız görkəmli yazıçı və dövlət xadimi kimi deyil, eyni zamanda ali təhsil sahəsində uzun illərdir yorulmadan çalışan təhsil təşkilatçısı kimi də tanınır. Rektor Kamal Abdullaya Naxçıvan Dövlət Universitetinin “Fəxri fərmanı”nı və rəsm əsəri təqdim edib.

Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarovun moderatorluğu ilə davam edən tədbirdə yerli və xarici universitetlərin alimləri məruzələrlə çıxış ediblər.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Kamal Abdullanın dilçilik sahəsində qoyduğu elmi irsdən bəhs edərək onu yubiley münasibətilə təbrik edib.

Azərbaycan Dillər Universitetinin professoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanov “Kamal Abdullanın dilçilik və ədəbiyyat sahəsində tədqiqatları” mövzusunda məruzə ilə çıxış edərək alimin elmi irsinin milli filologiyanın inkişafındakı rolunu vurğulayıb.

Ruminiyanın Yaşi Universitetinin professoru Ludmila Bejenaru isə “Kamal Abdulla dünya ədəbiyyatında” mövzusunda çıxışında alimin beynəlxalq elmi-ədəbi mühitdə tanınmasından və onun elmi fəaliyyətinə həsr etdiyi müəllifi olduğu kitabdan danışıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar yazıçının şeirlərindən söz açaraq onların poetik dəyərini vurğulayıb, yubilyara özünün müəllifi olduğu poemasını hədiyyə edib.

Digər məruzəçilər Aqşin Bağırov “Kamal Abdullanın Azərbaycan təhsilindəki rolu”, dosent İman Cəfərov “Kamal Abdullanın yazıçı, alim, ictimai xadim kimi fəaliyyət istiqamətləri”, dosent Əli Həşimov isə “Kamal Abdulla yaradıcılığında Dədə Qorqud araşdırmaları” mövzularında çıxış ediblər.

Konfrans boyu Kamal Abdullanın elmi və bədii irsinin zənginliyi, Azərbaycan dilçiliyi, ədəbiyyatı və təhsil sistemindəki əhəmiyyətli rolu xüsusi vurğulanıb.

Tədbirin sonunda dosent Gülxarə Əhmədova “Kamal Abdulla dramaturiyası və teatr dili” mövzusunda məlumat verib və universitetin “Teatr və mədəniyyətşünaslıq “kafedrasının müəllimi, rejissor Nurbəniz Niftəliyevanın aktyor sənəti ixtisası üzrə 2-ci kurs tələbələri ilə hazırladığı yazıçı-dramaturq Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər” eyniadlı tamaşası Tələbə Teatr Studiyasının səhnəsində nümayiş olunub.

Göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirən akademik tədbiri özünün “Soldu nar çiçəkləri” şeiri ilə yekunlaşdırıb. Daha sonra iştirakçılar tərəfindən ictimai xadimə gül dəstələri və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Aysel Paşayeva

Xəbər Lenti

Tural Əhmədov: ''İqtisadi sahələrdə insanlar artıq daha qısamüddətli təhsil modellərinə maraq göstərirlər''03.12.2025 - 19:54
Malayziyanın tanınmış alimi BMU-da tələbələrə master-klas keçib03.12.2025 - 19:45
Xüsusi pedaqogika: ''Həm ehtiyac çox, həm maraq''03.12.2025 - 19:30
“Ağlı yavaşlatmaq tənbəllik deyil, intellektual idarəetmədir” — Təhsil eksperti Teyyub Ağayev03.12.2025 - 19:24
Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş satış sərgisi keçirilib03.12.2025 - 19:15
Pedaqoji Universitetdə media könüllüləri ilə görüş olub03.12.2025 - 19:00
BDU-da təhsil alan xarici tələbələrin bir qrupu ilə görüş keçirilib03.12.2025 - 19:00
ADNSU sənaye tərəfdaşları ilə tələbələrin bacarıqlarını artırır03.12.2025 - 18:35
Fransada təhsil büdcəsi ictimai narazılıq yaradıb03.12.2025 - 18:20
Ukraynada təhsil alan xarici tələbələrin sayı açıqlanıb03.12.2025 - 18:05
“Baku Cinema Breeze”in 2025-ci buraxılışı keçiriləcək03.12.2025 - 18:00
AzMİU 2,3 milyonluq müqavilə bağladı03.12.2025 - 17:50
Dulusçuluq həm səbir, həm də yaradıcılıq tələb edən sənətdir03.12.2025 - 17:45
Pedaqoji Universitetdə Beynəlxalq Əlilliyi olan Şəxslər Günü qeyd edilib03.12.2025 - 17:35
Media nümayəndələri Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda olub03.12.2025 - 17:30
Pedaqoji Universitetdə media könüllüləri ilə görüş olub03.12.2025 - 17:20
Yağıntılı hava şəraiti davam edəcək, çaylarda sululuq artacaq03.12.2025 - 17:15
BDU-da təhsil alan xarici tələbələrin bir qrupu ilə görüş keçirilib 03.12.2025 - 17:05
Azərbaycan Universiteti ilə Mərkəzi Asiya Universiteti arasında anlaşma memorandumu imzalanıb03.12.2025 - 17:00
“PAŞA Həyat Sığorta”nın marketinq eksperti BİF tələbələri ilə görüşüb03.12.2025 - 16:45
Ankara Universitetinin alimləri AzMİU-da seminar keçirlər03.12.2025 - 16:30
Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr olunmuş esse müsabiqəsi keçirilib03.12.2025 - 16:15
ADU-da “Şiddətsiz ünsiyyət” mövzusunda təlim keçirilib03.12.2025 - 16:00
ADU əməkdaşının təşəbbüsü ilə Xüsusi İnternat məktəbində təlim keçirilib03.12.2025 - 15:45
Akademik Yusuf Məmmədəliyevin 120 illiyinə həsr olunmuş tədbir keçirilib03.12.2025 - 15:15
Tələbə könüllülüyünün faydaları03.12.2025 - 15:05
Bu ərzaqlar mənfi kalorilidir03.12.2025 - 15:00
İlkin Məmmədkərimov:" Valideynlər uşaqları 1-ci sinifdən hazırlığa qoyurlar bu faciədir"03.12.2025 - 15:00
1 Dekabr – QİÇS-lə Mübarizə Gününə həsr olunmuş dəyirmi masa keçirilib03.12.2025 - 15:00
Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 20 “Maarifçi”dən 6-sı BDU məzunudur03.12.2025 - 14:45
Marsda saat Yerdən sürətli işləyir03.12.2025 - 14:30
Bu qidaları acqarına qəbul etmək təhlükəlidir03.12.2025 - 14:15
Məktəblərdə psixoloq problemi: “Adı var, özü yoxdur”03.12.2025 - 14:00
ADNSU-da “Rəqəmsal təhsil ekosistemi və LMS-ə keçid” mövzusunda təlim keçirilib03.12.2025 - 13:00
Təhsil Tələbə Krediti Fondu Bakı Ali Neft Məktəbində infosessiya keçirib03.12.2025 - 12:45
Qarabağ Universitetinin müəlliminin 3 məqaləsi nüfuzlu beynəlxalq jurnallarda dərc olunub03.12.2025 - 12:30
ATMU rəhbər vəzifələrdə gənclərə etimad göstərir03.12.2025 - 12:15
Psixoloqdan valideynlərə xəbərdarlıq: "Yeniyetmələrin izlədiyi məzmun onları idarə edə bilər"03.12.2025 - 11:57
Kimyaçı Mədəniyyət Sarayında kino musiqilərinə həsr olunmuş konsert keçirilib03.12.2025 - 11:55
ADPU-nun Quba filialında Həsən Həsənovla görüş keçirilib03.12.2025 - 11:40
Emin Əmrullayev ona irad bildirilən şərhlərə belə reaksiya verdi03.12.2025 - 11:25
672 məktəbli orbitə peyk göndərdi03.12.2025 - 11:10
Ankara Universitetinin alimləri AzMİU-da seminar keçirlər03.12.2025 - 10:55
Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq03.12.2025 - 10:40
Rza Mahmudovun məqaləsi Scopus jurnalında çap olundu 03.12.2025 - 10:30
BSU rektoru Türkiyədə Azərbaycanın gücünü və liderliyini vurğuladı03.12.2025 - 10:20
Aşqarlar Kimyası İnstitutu ilə Türkiyə universitetləri arasında birgə layihələrin həyata keçirilməsi müzakirə olunub03.12.2025 - 10:05