Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsində Psixologiya və Pedaqogika kafedrasının “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi ilə birgə əməkdaşlığı çərçivəsində Tofiq Sadıxov tərəfindən “Şiddətsiz ünsiyyət” mövzusunda təlim keçirilib.
“Tehsil365” bildirir ki, təlimin məqsədi iştirakçılara insan münasibətlərində ahəngdar ünsiyyətin qurulması, emosiyaların düzgün ifadəsi və qarşı tərəfi zorakılıqsız şəkildə anlama bacarıqlarının aşılanması olub. Tədbir interaktiv müzakirələr, qrup işləri və situasiya analizləri ilə zənginləşdirilib.
Sonda təlimçilərlə tələbələr arasında sual-cavab sessiyası keçirilib. Hər iki tərəf gələcəkdə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

