Azərbaycan Dillər Universitetinin Filologiya Fakültəsinin Xarici Dillərin Tədrisi Metodikası Kafedrası tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyinə həsr olunmuş esse müsabiqəsi keçirilib.
“Tehsil365” bildirir ki, müsabiqənin təşkilində və aparılmasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı müəllimlər təqdir olunmuşdur:
Nuranə Bədiyeva
Nuranə Mustafayeva
Aynur Təhməzova
Eyni zamanda, mövzunun mahiyyətini dərin anlayışla əks etdirərək yüksək akademik səviyyədə esse təqdim edən və müsabiqənin tələblərinə uyğun fərqlənən tələbələr aşağıdakılardır:
Aynur Zamanlı
Şəhla Qurbanova
Nuranə Orucəliyeva
Fərqlənən müəllim və tələbələr Həmkarlar Təşkilatı tərəfindən pul mükafatı ilə təltif olunub.
Bu nailiyyətlər iştirakçıların akademik hazırlıqlarını və mövzuya yaradıcı yanaşmalarını əks etdirir, müsabiqənin məqsədlərinə uyğun olaraq hüquqi biliklərin və analitik düşüncənin inkişaf etdirilməsində mühüm rol oynamışdır. İştirakçıları səmimi qəlbdən təbrik edir, gələcək elmi və professional fəaliyyətlərində uğurlar arzulayırıq.

