Təhsil 365 - Logo Mobile

Dulusçuluq həm səbir, həm də yaradıcılıq tələb edən sənətdir

10303.12.2025 - 17:45
Dulusçuluq həm səbir, həm də yaradıcılıq tələb edən sənətdir

Şəki zəngin mədəni irsi və əl sənətləri ilə tanınan şəhərlərimizdən biridir. Burada dulusçuluq əsrlər boyu inkişaf edib və nəsildən-nəslə ötürülən bir sənət kimi qorunub saxlanılır. Dulusçuların hazırladığı ənənəvi qablar -piti qablardan qatıq qablara, böyük qazanlara qədər - həm gündəlik həyatın, həm də mətbəx mədəniyyətinin ayrılmaz hissəsidir. Bu sənət xüsusi torpaq, əl zəhməti və mərhələli hazırlıq prosesi tələb edir.

“Tehsil365” bildirir ki, AZƏRTAC-ın müxbiri bu sənətlə məşğul olan Şəki dulusçularından Rəhman Məmmədov və Şöyüb Məmmədovla həmsöhbət olub. Sənətkarlar həm iş prosesindən, həm də bu sənətin nəsildən-nəslə ötürülən ənənələrindən danışıb.

Rəhman Məmmədov dulusçuluqla 15 ildir məşğul olduğunu bildirib. Onun sözlərinə görə, bu sənət nəsildən-nəslə ötürülən qiymətli irsdir: "Bu sənəti atamdan öyrənmişəm, atam isə öz atasından. Yəni nəsildən-nəslə keçən bir sənətdir. Fəxr edirəm ki, bu işi davam etdirirəm. Çox gözəl sənətdir. İnşallah gələcəkdə övladlarıma da öyrədəcəyəm”.

O, qabların hazırlanma prosesini belə izah edir: "Proses çox çətindir. Hər qabın öz mərhələsi var. Hazırda işlədiyim bir nəfərlik piti qabıdır. Əvvəl formasını veririk, sabah qulpunu vururuq. Sonra qab qurudulur, bir neçə gün ərzində bişirilir. Başqa su qabları, böyük qazanlar da düzəldirik, amma əsasən piti qabı işləyirik".

Sənətkar əlavə edib ki, bu sənət həm incə əl işi, həm də səbir və peşəkarlıq tələb edir. Hər qab, hər detal ustadın zəhmətinin və nəsildən gələn biliklərin nəticəsidir.

Dulusçu Şöyüb Məmmədov artıq 6-cı nəsildir ki, bu sənətlə məşğuldur. O, əsasən güldanlar düzəldir, həmçinin müxtəlif su qabları da hazırlayır. Onun sözlərinə görə, dulusçuluq prosesi çox mərhələlidir və hər bir qabın öz spesifik mərhələsi və qaydası var.

Şöyüb Məmmədovun bu sənətə marağı uşaqlıqdan başlayıb. O, bu sənətin yalnız texnika və qab hazırlamaqdan ibarət olmadığını, eyni zamanda tarix, mədəniyyət və nəsildən-nəslə ötürülən ənənələrin daşıyıcısı olduğunu bildirib. Onun sözlərinə görə, hər bir qabda ustadın zəhməti, diqqəti və yaradıcılığı əks olunur.

Ümumilikdə, Şəki dulusçuluğu şəhərin zəngin mədəni irsinin ayrılmaz hissəsi kimi qorunub saxlanılır. Bu sənətlə məşğul olan ustalar, o cümlədən Şöyüb Məmmədov və Rəhman Məmmədov, hər bir qabı böyük diqqət və zəhmətlə hazırlayır. Sənətkarların da dediyi kimi, dulusçuluq həm səbir, həm də yaradıcılıq tələb edən bir sənətdir.

Beləliklə, Şəki dulusçuluğu həm qədim ənənələri yaşadır, həm də gələcək nəsillər üçün mədəni irsi qoruyur.

Aysel Paşayeva

Xəbər Lenti

Tural Əhmədov: ''İqtisadi sahələrdə insanlar artıq daha qısamüddətli təhsil modellərinə maraq göstərirlər''03.12.2025 - 19:54
Malayziyanın tanınmış alimi BMU-da tələbələrə master-klas keçib03.12.2025 - 19:45
Xüsusi pedaqogika: ''Həm ehtiyac çox, həm maraq''03.12.2025 - 19:30
“Ağlı yavaşlatmaq tənbəllik deyil, intellektual idarəetmədir” — Təhsil eksperti Teyyub Ağayev03.12.2025 - 19:24
Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş satış sərgisi keçirilib03.12.2025 - 19:15
BDU-da təhsil alan xarici tələbələrin bir qrupu ilə görüş keçirilib03.12.2025 - 19:00
Pedaqoji Universitetdə media könüllüləri ilə görüş olub03.12.2025 - 19:00
ADNSU sənaye tərəfdaşları ilə tələbələrin bacarıqlarını artırır03.12.2025 - 18:35
Fransada təhsil büdcəsi ictimai narazılıq yaradıb03.12.2025 - 18:20
Ukraynada təhsil alan xarici tələbələrin sayı açıqlanıb03.12.2025 - 18:05
“Baku Cinema Breeze”in 2025-ci buraxılışı keçiriləcək03.12.2025 - 18:00
AzMİU 2,3 milyonluq müqavilə bağladı03.12.2025 - 17:50
Pedaqoji Universitetdə Beynəlxalq Əlilliyi olan Şəxslər Günü qeyd edilib03.12.2025 - 17:35
Media nümayəndələri Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda olub03.12.2025 - 17:30
Pedaqoji Universitetdə media könüllüləri ilə görüş olub03.12.2025 - 17:20
Yağıntılı hava şəraiti davam edəcək, çaylarda sululuq artacaq03.12.2025 - 17:15
BDU-da təhsil alan xarici tələbələrin bir qrupu ilə görüş keçirilib 03.12.2025 - 17:05
Azərbaycan Universiteti ilə Mərkəzi Asiya Universiteti arasında anlaşma memorandumu imzalanıb03.12.2025 - 17:00
“PAŞA Həyat Sığorta”nın marketinq eksperti BİF tələbələri ilə görüşüb03.12.2025 - 16:45
Ankara Universitetinin alimləri AzMİU-da seminar keçirlər03.12.2025 - 16:30
Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr olunmuş esse müsabiqəsi keçirilib03.12.2025 - 16:15
ADU-da “Şiddətsiz ünsiyyət” mövzusunda təlim keçirilib03.12.2025 - 16:00
ADU əməkdaşının təşəbbüsü ilə Xüsusi İnternat məktəbində təlim keçirilib03.12.2025 - 15:45
Naxçıvan Dövlət Universitetində Xalq yazıçısı Kamal Abdullaya həsr olunan konfrans keçirilib03.12.2025 - 15:30
Akademik Yusuf Məmmədəliyevin 120 illiyinə həsr olunmuş tədbir keçirilib03.12.2025 - 15:15
Tələbə könüllülüyünün faydaları03.12.2025 - 15:05
İlkin Məmmədkərimov:" Valideynlər uşaqları 1-ci sinifdən hazırlığa qoyurlar bu faciədir"03.12.2025 - 15:00
Bu ərzaqlar mənfi kalorilidir03.12.2025 - 15:00
1 Dekabr – QİÇS-lə Mübarizə Gününə həsr olunmuş dəyirmi masa keçirilib03.12.2025 - 15:00
Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 20 “Maarifçi”dən 6-sı BDU məzunudur03.12.2025 - 14:45
Marsda saat Yerdən sürətli işləyir03.12.2025 - 14:30
Bu qidaları acqarına qəbul etmək təhlükəlidir03.12.2025 - 14:15
Məktəblərdə psixoloq problemi: “Adı var, özü yoxdur”03.12.2025 - 14:00
ADNSU-da “Rəqəmsal təhsil ekosistemi və LMS-ə keçid” mövzusunda təlim keçirilib03.12.2025 - 13:00
Təhsil Tələbə Krediti Fondu Bakı Ali Neft Məktəbində infosessiya keçirib03.12.2025 - 12:45
Qarabağ Universitetinin müəlliminin 3 məqaləsi nüfuzlu beynəlxalq jurnallarda dərc olunub03.12.2025 - 12:30
ATMU rəhbər vəzifələrdə gənclərə etimad göstərir03.12.2025 - 12:15
Psixoloqdan valideynlərə xəbərdarlıq: "Yeniyetmələrin izlədiyi məzmun onları idarə edə bilər"03.12.2025 - 11:57
Kimyaçı Mədəniyyət Sarayında kino musiqilərinə həsr olunmuş konsert keçirilib03.12.2025 - 11:55
ADPU-nun Quba filialında Həsən Həsənovla görüş keçirilib03.12.2025 - 11:40
Emin Əmrullayev ona irad bildirilən şərhlərə belə reaksiya verdi03.12.2025 - 11:25
672 məktəbli orbitə peyk göndərdi03.12.2025 - 11:10
Ankara Universitetinin alimləri AzMİU-da seminar keçirlər03.12.2025 - 10:55
Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq03.12.2025 - 10:40
Rza Mahmudovun məqaləsi Scopus jurnalında çap olundu 03.12.2025 - 10:30
BSU rektoru Türkiyədə Azərbaycanın gücünü və liderliyini vurğuladı03.12.2025 - 10:20
Aşqarlar Kimyası İnstitutu ilə Türkiyə universitetləri arasında birgə layihələrin həyata keçirilməsi müzakirə olunub03.12.2025 - 10:05