Təhsil eksperti İlkin Məmmədkərimov məktəblərdə psixoloq çatışmazlığı probleminin artıq illərdir sistemli şəkildə davam etdiyini bildirib.
Bu haqda Tehsil365”ə təhsil eksperti İlkin Məmmədkərimov açıqlama verib. Ekspertin sözlərinə görə, bir çox məktəbdə ümumiyyətlə psixoloq yoxdur, olan məktəblərdə isə cəmi bir nəfər çalışır və həmin şəxs də illərlə eyni məktəbdə oxuyan şagirdlər üçün tanınmaz durumda qalır.
İlkin Məmmədkərimov qeyd edib ki, mövcud vəziyyət şagirdlərin psixoloji durumuna ciddi təsir göstərir. Onun sözlərinə görə, məktəblərə müxtəlif ailə mühitlərindən gələn uşaqlar adaptasiya problemləri yaşayır və bu da tez-tez münaqişələr, aqressiv davranışlar, bir-birinə fiziki və mənəvi zərər vermə halları ilə nəticələnir.
“Bu gün məktəblərdə iki şagirdin bir-birinə xəsarət yetirməsi adi hal kimi qarşılanır. Daha təhlükəlisi isə odur ki, intihar hallarının artması da diqqətdən kənarda qalmamalıdır. Bu hallar yalnız məktəbdə deyil, ev mühitində də baş verir və bunun əsas səbəblərindən biri psixoloji dəstəyin olmamasıdır,” – deyə ekspert vurğulayıb.
Ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə məktəb psixoloqları uşaqlarla mütəmadi şəkildə işləyir, onların emosional vəziyyətini izləyir və problemli halların qarşısını vaxtında almağa çalışırlar. Azərbaycanda isə bu praktikanın demək olar ki, mövcud olmadığını deyib.
“Bizdə məktəb psixoloqlarının sadəcə adı var, fəaliyyəti yoxdur. Bu sistem kağız üzərində mövcuddur, reallıqda isə uşaqlar psixoloji baxımdan tək buraxılıb,” – deyə İlkin Məmmədkərimov bildirib.
Onun sözlərinə görə, psixoloqların məktəblərdə aktiv fəaliyyəti təmin edilmədikcə, şagirdlər arasında zorakılıq, aqressiya və depressiya halları artmaqda davam edəcək. Ekspert bu sahədə ciddi islahatlara ehtiyac olduğunu və məktəblərdə psixoloji xidmətin real şəkildə qurulmasının vacibliyini qeyd edib.Təhsil eksperti İlkin Məmmədkərimov məktəblərdə psixoloq çatışmazlığı probleminin artıq illərdir sistemli şəkildə davam etdiyini bildirib. Ekspertin sözlərinə görə, bir çox məktəbdə ümumiyyətlə psixoloq yoxdur, olan məktəblərdə isə cəmi bir nəfər çalışır və həmin şəxs də illərlə eyni məktəbdə oxuyan şagirdlər üçün tanınmaz durumda qalır.
İlkin Məmmədkərimov qeyd edib ki, mövcud vəziyyət şagirdlərin psixoloji durumuna ciddi təsir göstərir. Onun sözlərinə görə, məktəblərə müxtəlif ailə mühitlərindən gələn uşaqlar adaptasiya problemləri yaşayır və bu da tez-tez münaqişələr, aqressiv davranışlar, bir-birinə fiziki və mənəvi zərər vermə halları ilə nəticələnir.
“Bu gün məktəblərdə iki şagirdin bir-birinə xəsarət yetirməsi adi hal kimi qarşılanır. Daha təhlükəlisi isə odur ki, intihar hallarının artması da diqqətdən kənarda qalmamalıdır. Bu hallar yalnız məktəbdə deyil, ev mühitində də baş verir və bunun əsas səbəblərindən biri psixoloji dəstəyin olmamasıdır,” – deyə ekspert vurğulayıb.
Ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə məktəb psixoloqları uşaqlarla mütəmadi şəkildə işləyir, onların emosional vəziyyətini izləyir və problemli halların qarşısını vaxtında almağa çalışırlar. Azərbaycanda isə bu praktikanın demək olar ki, mövcud olmadığını deyib.
“Bizdə məktəb psixoloqlarının sadəcə adı var, fəaliyyəti yoxdur. Bu sistem kağız üzərində mövcuddur, reallıqda isə uşaqlar psixoloji baxımdan tək buraxılıb,” – deyə İlkin Məmmədkərimov bildirib.
Onun sözlərinə görə, psixoloqların məktəblərdə aktiv fəaliyyəti təmin edilmədikcə, şagirdlər arasında zorakılıq, aqressiya və depressiya halları artmaqda davam edəcək. Ekspert bu sahədə ciddi islahatlara ehtiyac olduğunu və məktəblərdə psixoloji xidmətin real şəkildə qurulmasının vacibliyini qeyd edib.

