Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 20 “Maarifçi”dən 6-sı BDU məzunudur
Bu haqda “Tehsil365” xəbər verir. Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramını başa vuraraq, nazirlik və tabe qurumların strukturlarında əmək fəaliyyətinə başlayan 20 nəfərdən 6-sı Bakı Dövlət Universitetinin (BDU) məzunudur.
Belə ki, məzunlarımız Rüqayyə Xıdırova Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil, Fuad Cəlilli və Xanım Osmanova Hüquq, Aytən Cabbarzadə Vətəndaşlara xidmət və sənədlərlə iş şöbələrində, Kəmalə Məmmədova Satınalmalar və qrantlar sektorunda, Cavidan Hacıəliyev isə Təhsil İnstitutunun Təhsil nailiyyətlərinin qiymətləndirilməsi şöbəsində işlə təmin olunublar.

