“Bu gün müxtəlif sahələrdə tələblərin könüllü olaraq işləməyinə şərait yaradılması çox müsbət bir haldır”
“Tehsil365” xəbər verir ki, bu barədə Təhsil eksperti Elçin Murad açıqlamasında bildirib ki, “Belə ki, həm sosiallaşma, həm insanlarla ünsiyyət, həm tələbələrin insanları tanımaq və təcrübə toplamaq, həm də cəmiyyətə tez adaptasiya olmaq baxımından məqsədəuyğun haldır. Gənclər tələbəlik həyatında bu kimi vərdiş və bacarıqlara yiyələndiyi zaman həm potensial vakant kimi yetişir, həm də bikar qalaraq müxtəlif mənfi vərdişlərdən uzaq durmuş olur”
Həmçinin ekspert onu da qeyd edib ki, “Mən təklif edərdim ki, hətta başqa tələbələrin də həvəslənməsi üçün könüllü gənclərə, tələbələrə gördükləri işə görə müəyyən bir haqq (pul və ya həvəsləndirici mükafat, hədiyyə) verilsin. Bu həmin müəssisə (özəl və ya dövlət) üçün elə də böyük bir summa tələb etməz, lakin cəmiyyət və dövlət faydalı gənclər, təcrübəli vakantlar qazanar”
Sonda qeyd olunub ki, “könüllülük nəticəsində tələbə artıq universiteti bitirməmişdən öz sahəsi və ya hər hansı bir sahə üzrə müəyyən bilik, bacarıq və təcrübəyə sahib olmuş olacaq’.

