Təhsildə problem yaradan bir çox maneələr var. Bəs, bu maneələr nədən ibarətdir? Biz bu suala aydın bir cavab almaq üçün təhsil ekspertinə müraciət etdik.
İlkin Məmmədkərimov “Tehsil365“ə verdiyi açıqlamada bildirib ki:
“Bu gün təhsil sistemi bərbad vəziyyətdədir. Vəziyyət o yerdədir ki, 1-ci sinif şagirdi repititor yanına gedir. Savadsızlaşma pik həddədir. Uşaqlara verilən dərsliklər, həmçinin tapşırıqlar da bərbaddır. Şagird tapşırıqları anlamır. Dərsliklərdə verilən tapşırıqlarda, yazılan şeirlərdə o qədər böyük nöqsanlar var ki, hətta müəllim belə bəzən baş aça bilmir. Hətta, bəzən elə olur ki, valideyn deyir ki, mən özüm ali təhsilliyəm, lakin tapşırığa baxıb dəhşətə gəlirəm. Belə valideynlər də var ki, 1 kollec, 1 universitet bitirir, övladının tapşırıqlarında ona kömək edə bilmədiyi üçün məcbur qalıb ayda 60-100 azn arası pul ödəyib, övladını repititor hazırlığına qoyur, Təsəvvür edin ki, uşaq 1-ci sinifdən repititor yanına gedir. Bu atıq faciədir!
Məsələ burasındadır ki, nazir absurd açıqlamalar verir ki, biz ümumiyyətlə yeni sistemlə müəllimləri ştata salacayıq, axşama kimi müəllimləri məktəbdə saxlayacağıq. Bununla da zənn edir ki, repititor problemi həll olunacaq. Belə ki, bu problemi həll etmək üçün birinci növədə, müəllimlərə yüksək maaş vermək lazımdır. İkinci növbədə, kitablardakı biyabrçı səhvlər aradan qaldırılmalıdır, Ev tapşırıqları anlaşılan dildə olmalıdır, Yəni gündəlik işlənilən sözlərdən istifadə etmək lazımdır.Şagird ömründə eşitmədiyi sözləri kitablarda görüb anlamağa çalışmamalıdır.”-deyə o qeyd etdi.

