Bu gün Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Lidiya Xudat qızı Rəsulovanın anadan olmasının ildönümüdür.
"Tehsil366" xəbər verir ki, O, 1941-ci il dekabrın 4-də Bakıda dünyaya gəlmişdir.
Lidiya Rəsulova uzun illər ərzində Azərbaycan Respublikasında müxtəlif məsul dövlət vəzifələrində çalışmış, xüsusilə sosial sahənin inkişafında fəal iştirak etmişdir. O, 1993–1997-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsini icra etmiş, əmək münasibətləri, sosial təminat, aztəminatlı ailələrin müdafiəsi və digər sahələrdə mühüm islahatlara rəhbərlik etmişdir.
Onun fəaliyyəti dövründə sosial müdafiə sisteminin müasirləşdirilməsi, əmək hüquqlarının qorunması və qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində mühüm addımlar atılmışdır. Cəmiyyətə xidmətləri və dövlət qarşısındakı səmərəli fəaliyyəti ilə seçilən Lidiya Rəsulova geniş ictimai nüfuza malik olmuşdur.
2012-ci il fevralın 5-də vəfat edən Lidiya Rəsulova Azərbaycanın siyasi tarixində mühüm iz qoymuş və nümunəvi dövlət xadimi kimi yadda qalmışdır. Bu gün o, ehtiramla anılır.

