Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BDU-da təhsil alan tələbələrlə görüşüb.
‘‘Tehsil365’’ bildirir ki, BDU-dan bildirilib ki, görüşdə rektor xarici tələbələrin təhsil və sosial məsələlərinin daim universitet rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib. Rektor onların gələcək fəaliyyətlərində BDU-da qazandıqları biliklərin mühüm rol oynayacağına əminliyini vurğulayıb.
Rektor xarici tələbələrin təhsil və yaşayış şəraitləri, ölkəmizlə bağlı təəssüratları ilə yaxından maraqlanıb, onların fikir və təkliflərini dinləyib. Tələbələrə tək tədris sahəsində deyil, BDU-nun sosial və ictimai həyatında da aktiv iştirak etməyi tövsiyə edib.

