2015-ci il dekabrın 4-də Xəzər dənizində hava şəraitinin kəskin şəkildə pisləşməsi və güclü küləklər böyük bir qəzanın yaşanmasına səbəb olmuşdu. “Günəşli” yatağının platformasının cənub hissəsində meydana gələn güclü yanğın nəticəsində 11 neftçi həyatını itirmiş, 19 nəfər isə itkin düşmüşdü. 2020-ci ilin may ayında daha üç neftçinin cansız bədəni dənizdən tapıldı.
“Tehsil365” xəbər verir ki, Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfərin xilas edildiyi bildirilmişdi. Hadisə ilə əlaqədar olaraq 2015-ci il dekabrın 6-da Azərbaycanda matəm günü elan olunmuşdu.
Rəsmi açıqlamalara görə, su altındakı 10 saylı platformanın qaz kəməri güclü fırtına nəticəsində zədələnmiş, bu da yanğının yaranmasına səbəb olmuşdu.

