BDU ve RiiB-in birge təşkilatçlği ile "Aqro məktəb" layihəsi çərçivəsində maarifləndirici tədbir
“Tehsil365”xəbər verir ki,"Regional inkişaf" ictimai Birliyi (RÏiB) ve "100 gün- 100 təşəbbüs" aksiyasına qoşulan Bakı Dövlət Universitetinin (BDU) birgə təșkilatçılığı ilə "Aqro məktəb" layihəsi çərçivəsində autizmli uşaqlar üçün aqro-təlim təşkil olunub.
Tədbirin açılışinda BDU rektoru Elçin Babayev layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu təșəbbüs gənclərin elmə marağının artırılması, aqrar sahədə müasir yanașmaların tətbiqi barədə bilik və bacarıqlarının genişləndirilməsinə xidmət edir. , Universitetin uzunmüddətli inkişaf strategiyasında gənclərin elmi dünyagörüşünün formalaşdırılması və innovativ texnologiyalara çıxış imkanlarının artırılmasına xüsusi önəm verildiyini qeyd edib.
Tədbirin davamında iştirakçılar BDU-nun Genetika və təkamül, Faydalı qazıntılar muzeylərinə ekskursiya edərək canlılar aləminin inkişaf mərhələləri, geoloji dövrlər və təbiət tarixi ilə bağlı maraqlı faktlarla tanıș olublar.
Ekskursiya çərçivəsində qonaqlar BDU-nun unikal layihəsi olan "Eko Məkan"ı da ziyarət ediblər. Burada mütəxəssislər tərəfindən iştirakçılara hidroponika texnologiyasının üstünlükləri haqqında interaktiv təqdimat keçirilib, suda toxum yetişdirilməsi və bitkilərin torpaqsız becərilməsi prosesləri barədə əyani məlumat verilib. Günün sonunda layihədə fəalliq göstərən iştirakçılar sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, təlimin əsas məqsədi autizmli ușaqların praktik bacarıqlarını artırmaq, təbiətlə ünsiyyətini gücləndirmək və müşahidə qabiliyyətlərini inkişaf etdirmək idi.

