Azərbaycan Memarlıq və inşaat Universitetində (AzMÏU) "EDU Company" təhsil șirkətinin təşkilatçılığı ilə abituriyent valideynləri ilə görüș keçirilib.
“Tehsil365”xəbərin verir ki,tədbirin əsas məqsədi ali təhsilə qəbul prosesində valideynlərin məlumatlandırılması, abituriyentlərin düzgün ixtisas seçiminə dəstək göstərilməsi və universitetlə daha yaxından tanışlıq imkanlarının yaradılmast olub.
Görüşdə AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Abituriyentlərlə iş bölməsinin rəhbəri Aynurə Bayramova və "EDU Company" təhsil şirkətinin təsisçisi Samir Əzizov çIxIŞ ediblər.
Natiqlər universitetin tədris imkanları, mövcud ixtisaslar, tələbələr üçün yaradılan șərait, həmçinin gələcək peșə bazarının tələbləri barədə ətraflı məlumat veriblər.
Prorektor Orxan Naqdiyev AzMiU-nun ölkənin aparıcı ali təhsil müəssisələrindən olduğunu vurğulayıb, tələbələrin praktiki biliklərə yiyələnməsi üçün yaradılan șərait, infrastruktur və beynəlxalq əməkdaşlıq imkanlarından söz açıb. O, valideynlərin seçim prosesində məlumatlı olmasinın abituriyentlərin gələcək karyerası baxımından böyük əhəmiyyət dașıdığinı qeyd edib.
Aynurə Bayramova universitetin abituriyentlərlə iş sahəsində gördüyü işlər barədə məlumat verib, valideynlərlə əməkdaşlığın mühüm üstünlük yaratdığını bildirib.
Samir Əzizov rəhbəri olduğu șirkətin uzun illərdir abituriyent hazırlığı, təhsil konsultasiyası və universitetlərlə əməkdaşlıq sahəsində gördüyü işlərdən söz açıb. Bildirib ki, AzMÏU lə əməkdaşlıq abituriyentlərə real akademik mühitlə tanıș olmaq və düzgün ixtisas secimini dəaia müəvvənləsdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

