Təhsil 365 - Logo Mobile

BSU rektoru Anar Nağıyev “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib

10304.12.2025 - 06:26
BSU rektoru Anar Nağıyev “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib

BSU-nun rektoru Trakya Universitetində “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib

“Tehsil365”xəbər verir ki,Dekabrın 3-də Türkiyə Respublikasının Ədirnə şəhərində yerləşən Trakya Universitetində prorektorların, dekanların, İqtisadi və idarəetmə elmlər fakültəsinin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib.

Tədbir Trakya Universitetinin tanıtım videoçarxının nümayişi ilə başlayıb. Ardınca BSU-nun rektoru Anar Nağıyevin avtobioqrafiyası barədə məlumat verilib.

Trakya Universitetinin prorektoru Eylem Bayır tədbirin açılışında çıxış edərək mövzunun aktuallığını vurğulayıb və BSU-nun rektoru Anar Nağıyevi çıxış etməyə dəvət edib.

Rektor Anar Nağıyev çıxışında dəyişən geosiyasi reallıqlar fonunda siyasi coğrafiyanın dövlətlərin inkişafında və beynəlxalq mövqelərinin formalaşmasında oynadığı rolu xüsusi vurğulayıb. O, coğrafi mövqe və qonşuluq amillərinin ölkələrin siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasına birbaşa təsir etdiyini qeyd edərək, bu kontekstdə Azərbaycanın Türk Dünyası, Avropa, Asiya və Yaxın Şərq regionlarında artan rolundan bəhs edib.Tarixin dövlətçilik üçün əhəmiyyətinə toxunan rektor Gülüstan və Türkmənçay müqavilələri ilə parçalanmış Azərbaycanın əsrlər boyu işğal və itkilərlə üzləşdiyini xatırladıb, müstəqilliyə gedən tarixi yolun çətinliklərini diqqətə çatdırıb. O bildirib ki, müasir Azərbaycanın dövlətçilik təməlləri Ulu Öndər Heydər Əliyevin yaratdığı milli ideologiya üzərində formalaşıb və Prezident İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu haqq savaşında qardaş Türkiyənin göstərdiyi dəstək xüsusi vurğulanıb.

Türkiyənin geosiyasi mövqeyinə də toxunan rektor bu ölkənin Qərb, Avropa, Yaxın Şərq və Türk Dünyası ilə əlaqələrinin strateji əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyevin 14 fevral 2024-cü il andiçmə mərasimindəki çıxışına istinad edərək Türk Dövlətləri arasında birliyin və inteqrasiyanın güclənməsinin Azərbaycan üçün önəmini diqqətə çatdırıb.

Çıxışda həmçinin Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar, sülh və əməkdaşlıq imkanları, Orta Dəhlizin strateji əhəmiyyəti və Zəngəzur dəhlizinin regionda inteqrasiyanı gücləndirən əsas faktor olduğu vurğulanıb. Rektor əlavə edib ki, 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini və ümumilikdə Türk birliyini daha da möhkəmləndirən tarixi sənəddir.

Çıxışının sonunda rektor Azərbaycanın uğurlu enerji siyasəti, regional və qlobal əməkdaşlıq platformalarındakı fəal rolu, Qoşulmama Hərəkatına töhfələri və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə dünya siyasətində mühüm aktora çevrildiyini bildirib.

Tədbirin yekununda Trakya Universitetinin adından BSU-nun rektoru Anar Nağıyevə təşəkkür bildirilib.

Nərmin Süleymanlı

Xəbər Lenti

Emin Əmrullayev Gürcüstanda səfərdədir04.12.2025 - 12:17
BDU ilə Özbəkistanın Buxara Dövlət Tibb İnstitutu arasında əməkdaşlıq genişlənir04.12.2025 - 12:00
Tokio məktəbində robot müəllim uşaqlara ingilis dili dərsi keçdi04.12.2025 - 11:50
Kitabxana müdiri və kitabxanaçı işləmək istəyənlərin nəzərinə 04.12.2025 - 11:45
BilBacar müsabiqəsinin “Yarış” mərhələsi davam edir04.12.2025 - 11:35
Azyaşlının ölümündə günahkar sayılan həkimə hökm oxundu04.12.2025 - 11:25
"Azərbaycan neft-kimya innovasiyalarının aparıcı mərkəzinə çevrilib"04.12.2025 - 11:15
"Dövlət sektorunda könüllülüyün əhəmiyyəti artıb"04.12.2025 - 11:05
"Azərbaycan böyük alimləri ilə fəxr etməlidir"04.12.2025 - 10:55
Kamal Abdullanın 75 illik yubileyi münasibətilə kitab sərgisi təşkil olunub04.12.2025 - 10:40
Bu ölkədə tələbələrə onlayn beynəlxalq təhsil imkanı yaradılıb04.12.2025 - 10:25
Gələn ildən peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur04.12.2025 - 10:10
Xalq rəssamı Sakit Məmmədov TURKKON-un fəxri üzvü seçilib04.12.2025 - 09:55
UNESCO elm və təhsil sahəsində Azərbaycanla əməkdaşlığı dəstəkləyir04.12.2025 - 09:40
BDU-da Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş maarifləndirici tədbir keçirilib04.12.2025 - 09:25
Təhsil sistemində elmi inkişaf üçün daha hansı addımlar atılmalıdır?04.12.2025 - 09:10
ABŞ Təhsil Naziri Linda McMahon universitetlərdə ideoloji qərəz mövzusunda Ağ Evdə keçirilən dəyirmi masada iştirak edib04.12.2025 - 08:59
Kanadada təhsil: Artan xərclər və yeni məhdudiyyətlər beynəlxalq tələbələri təsir altına alır04.12.2025 - 08:46
Kürsüdən LMS-ə: Fakültə rəqəmsal uçurumun qarşısını necə ala bilər04.12.2025 - 08:33
ABŞ Xəzinədarlığı və IRS federal məktəb seçimi proqramı ilə bağlı ictimai şərhlər axtarır04.12.2025 - 08:20
Böyük Britaniyada yeni araşdırma: Süni intellekt müəllimləri, insan nəzarəti ilə etibarlı təlim təmin edə bilir04.12.2025 - 08:07
Bu universitetlərdə müəllimlərin maaşı ARTACAQ04.12.2025 - 08:00
Bir məktəb rayonu ilin ortasında bağlanmaqdan qurtuldu — Nə baş verdi?04.12.2025 - 07:54
Yeni dövr yeni təhsil qanunu tələb edir 04.12.2025 - 07:50
“Roller Coaster” ilindən sonra məktəb psixi sağlamlığı layihələri üçün maliyyələşdirmə bitir04.12.2025 - 07:41
Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26-cı nəşrində04.12.2025 - 07:35
Mətin Kərimli: "Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır"04.12.2025 - 07:35
Telefonla sui-istifadə “qəbuledilməzdir” – Təhsil katibi Phillipson millət vəkillərinin suallarını cavablandırdı04.12.2025 - 07:28
Ofsted SEND şagirdlərini məktəbdə saxlamaq üçün buraxılmış imkanlar barədə xəbərdarlıq etdi04.12.2025 - 07:15
Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib04.12.2025 - 07:12
Ofsted: Həddən artıq çox şagird məktəb həyatından gözləntilərdən kənardır04.12.2025 - 07:02
Naxçıvan Dövlət Universiteti 2 minə yaxın əcnəbi tələbəsi ilə ölkəmizin ali təhsilində seçilməyə davam edir.04.12.2025 - 07:00
Fərəc bəy Ağayevin anım günü – görkəmli hərbçi və maarifpərvər şəxsiyyət04.12.2025 - 06:49
Elm və Təhsil Nazirliyi Şahbaz Xuduoğludan 40 min manatlıq kitab alacaq04.12.2025 - 06:45
BSU-nun rektoru Trakya Universitetində04.12.2025 - 06:40
2020-ci il 4 dekabr – II Qarabağ müharibəsində şəhid olan əsgərlər üçün 1 dəqiqəlik sükut04.12.2025 - 06:36
Nazirlikdə peşə təhsilinə cavabdeh olan yeni bölmə mövcuddur04.12.2025 - 06:30
15 şagird inklüziv təhsilə cəlb olunub 04.12.2025 - 06:24
"Android"də zənglərlə bağlı yeni funksiya04.12.2025 - 06:15
4 dekabr 1797-ci il: Rusiya çarı II Yekaterina Bakının işğalı barədə fərman verdi04.12.2025 - 06:10
1978-ci il, 4 dekabr — "Xalq Məbədi" təriqətində kütləvi intihar faciəsi04.12.2025 - 05:57
İdman Akademiyasının məzunları iş tapa bilir?- RƏQƏMLƏR04.12.2025 - 05:55
ADNSU sənaye tərəfdaşları ilə tələbələrin bacarıqlarını artırır04.12.2025 - 05:54
"EDU Company" təhsil șirkətinin təşkilatçılığı ilə abituriyent valideynləri ilə görüș keçirilib04.12.2025 - 05:46
4 dekabr 1988 — “Azadlıq” qəzetinin ilk sayı nəşr olunub04.12.2025 - 05:44
Tarix və informatikanın buraxılış imtahanına əlavə edilməsi məsələsinə baxmaq olar - Deputat DANIŞDI04.12.2025 - 05:40
"Azərbaycanın inkişaf perspektivləri və Orta Dəhliz" mövzusunda elmi seminar keçirilib04.12.2025 - 05:38