Təhsil 365 - Logo Mobile

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

10304.12.2025 - 07:12
Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Dəyanət Quliyev barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

“Tehsil365” xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.

İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.

Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.

Nərmin Süleymanlı

Xəbər Lenti

BDU ilə Özbəkistanın Buxara Dövlət Tibb İnstitutu arasında əməkdaşlıq genişlənir04.12.2025 - 12:00
Tokio məktəbində robot müəllim uşaqlara ingilis dili dərsi keçdi04.12.2025 - 11:50
Kitabxana müdiri və kitabxanaçı işləmək istəyənlərin nəzərinə 04.12.2025 - 11:45
BilBacar müsabiqəsinin “Yarış” mərhələsi davam edir04.12.2025 - 11:35
Azyaşlının ölümündə günahkar sayılan həkimə hökm oxundu04.12.2025 - 11:25
"Azərbaycan neft-kimya innovasiyalarının aparıcı mərkəzinə çevrilib"04.12.2025 - 11:15
"Dövlət sektorunda könüllülüyün əhəmiyyəti artıb"04.12.2025 - 11:05
"Azərbaycan böyük alimləri ilə fəxr etməlidir"04.12.2025 - 10:55
Kamal Abdullanın 75 illik yubileyi münasibətilə kitab sərgisi təşkil olunub04.12.2025 - 10:40
Bu ölkədə tələbələrə onlayn beynəlxalq təhsil imkanı yaradılıb04.12.2025 - 10:25
Gələn ildən peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur04.12.2025 - 10:10
Xalq rəssamı Sakit Məmmədov TURKKON-un fəxri üzvü seçilib04.12.2025 - 09:55
UNESCO elm və təhsil sahəsində Azərbaycanla əməkdaşlığı dəstəkləyir04.12.2025 - 09:40
BDU-da Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş maarifləndirici tədbir keçirilib04.12.2025 - 09:25
Təhsil sistemində elmi inkişaf üçün daha hansı addımlar atılmalıdır?04.12.2025 - 09:10
ABŞ Təhsil Naziri Linda McMahon universitetlərdə ideoloji qərəz mövzusunda Ağ Evdə keçirilən dəyirmi masada iştirak edib04.12.2025 - 08:59
Kanadada təhsil: Artan xərclər və yeni məhdudiyyətlər beynəlxalq tələbələri təsir altına alır04.12.2025 - 08:46
Kürsüdən LMS-ə: Fakültə rəqəmsal uçurumun qarşısını necə ala bilər04.12.2025 - 08:33
ABŞ Xəzinədarlığı və IRS federal məktəb seçimi proqramı ilə bağlı ictimai şərhlər axtarır04.12.2025 - 08:20
Böyük Britaniyada yeni araşdırma: Süni intellekt müəllimləri, insan nəzarəti ilə etibarlı təlim təmin edə bilir04.12.2025 - 08:07
Bu universitetlərdə müəllimlərin maaşı ARTACAQ04.12.2025 - 08:00
Bir məktəb rayonu ilin ortasında bağlanmaqdan qurtuldu — Nə baş verdi?04.12.2025 - 07:54
Yeni dövr yeni təhsil qanunu tələb edir 04.12.2025 - 07:50
“Roller Coaster” ilindən sonra məktəb psixi sağlamlığı layihələri üçün maliyyələşdirmə bitir04.12.2025 - 07:41
Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26-cı nəşrində04.12.2025 - 07:35
Mətin Kərimli: "Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır"04.12.2025 - 07:35
Telefonla sui-istifadə “qəbuledilməzdir” – Təhsil katibi Phillipson millət vəkillərinin suallarını cavablandırdı04.12.2025 - 07:28
Ofsted SEND şagirdlərini məktəbdə saxlamaq üçün buraxılmış imkanlar barədə xəbərdarlıq etdi04.12.2025 - 07:15
Ofsted: Həddən artıq çox şagird məktəb həyatından gözləntilərdən kənardır04.12.2025 - 07:02
Naxçıvan Dövlət Universiteti 2 minə yaxın əcnəbi tələbəsi ilə ölkəmizin ali təhsilində seçilməyə davam edir.04.12.2025 - 07:00
Fərəc bəy Ağayevin anım günü – görkəmli hərbçi və maarifpərvər şəxsiyyət04.12.2025 - 06:49
Elm və Təhsil Nazirliyi Şahbaz Xuduoğludan 40 min manatlıq kitab alacaq04.12.2025 - 06:45
BSU-nun rektoru Trakya Universitetində04.12.2025 - 06:40
2020-ci il 4 dekabr – II Qarabağ müharibəsində şəhid olan əsgərlər üçün 1 dəqiqəlik sükut04.12.2025 - 06:36
Nazirlikdə peşə təhsilinə cavabdeh olan yeni bölmə mövcuddur04.12.2025 - 06:30
BSU rektoru Anar Nağıyev “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib04.12.2025 - 06:26
15 şagird inklüziv təhsilə cəlb olunub 04.12.2025 - 06:24
"Android"də zənglərlə bağlı yeni funksiya04.12.2025 - 06:15
4 dekabr 1797-ci il: Rusiya çarı II Yekaterina Bakının işğalı barədə fərman verdi04.12.2025 - 06:10
1978-ci il, 4 dekabr — "Xalq Məbədi" təriqətində kütləvi intihar faciəsi04.12.2025 - 05:57
İdman Akademiyasının məzunları iş tapa bilir?- RƏQƏMLƏR04.12.2025 - 05:55
ADNSU sənaye tərəfdaşları ilə tələbələrin bacarıqlarını artırır04.12.2025 - 05:54
"EDU Company" təhsil șirkətinin təşkilatçılığı ilə abituriyent valideynləri ilə görüș keçirilib04.12.2025 - 05:46
4 dekabr 1988 — “Azadlıq” qəzetinin ilk sayı nəşr olunub04.12.2025 - 05:44
Tarix və informatikanın buraxılış imtahanına əlavə edilməsi məsələsinə baxmaq olar - Deputat DANIŞDI04.12.2025 - 05:40
"Azərbaycanın inkişaf perspektivləri və Orta Dəhliz" mövzusunda elmi seminar keçirilib04.12.2025 - 05:38
2015, 4 dekabr – “Günəşli” faciəsinin 8-ci ildönümü04.12.2025 - 05:31