Tokiodakı bir ibtidai məktəbdə maraqlı və innovativ təhsil təcrübəsi həyata keçirilib. Uşaqlara ingilis dili dərsi robot müəllim tərəfindən keçilib.
“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, şagirdlər robotla interaktiv oyunlar oynayaraq yeni sözlər öyrəniblər. Məktəbin müəllimləri bildiriblər ki, bu üsul uşaqların dərslərə diqqətini artırır və dərs prosesini daha əyləncəli edir.
Məktəb rəhbərliyi gələcəkdə digər fənlərdə də robot müəllimlərdən istifadə etməyi planlaşdırır.

