Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 14 milyondan çox insan xərçəng xəstəliyindən əziyyət çəkir. Ölüm göstəricilərinə görə ikinci yerdə dayanan qaraciyər xərçənginin 80 faizini hepatosellülar karsinoma (HSK) təşkil edir. Bu xəstəlik erkən diaqnostika aparıldıqda daha effektiv şəkildə müalicə oluna bilər.
“Tehsil365“ “AZƏRTAC”a istinadla məlumat verib. O, HSK-nın diaqnozu və proqnozlaşdırılması zamanı çoxsaylı, strukturlaşdırılmamış göstəricilərin həkim səhvlərinə səbəb olma ehtimalına diqqət çəkərək bu problemin tibbi qərarların qəbulunu dəstəkləyən intellektual sistemlərin yaradılmasını zəruri etdiyini söyləyib: “Belə sistemlərin qurulmasında maşın təlimi (machine learning) və dərin təlim (deep learning) metodlarının tətbiqi mühüm rol oynayır”.
L. Qarayeva bildirib ki, tədqiqat çərçivəsində Portuqaliya Universiteti Xəstəxanasında HSK-dan əziyyət çəkən 204 xəstənin məlumatları əsasında formalaşdırılmış “Kaggle HCC Dataset” bazası seçilmiş və verilənlərdəki kliniki əlamətlər analiz olunub. Hədəf sinfi xəstələrin birillik nəticələrinə əsasən, “ölən” və “yaşayan” kimi ikili təsniflə aparılıb.
“Tədqiqat mənbəyi kimi seçilmiş Azərbaycan Tibb Universiteti və Türkiyənin Malatya İnönü Universitetinin Qaraciyər Nəqli İnstitutunun birgə əməkdaşlığı nəticəsində yaradılmış milli HSK üzrə kliniki xəstələr haqqında verilənlər bazasında məlumat boşluqlarının doldurulması üçün MICE (Multiple Imputation by Chained Equations) metodu tətbiq edilib. Bu metodun üstünlükləri natamam məlumatlarla işləmə qabiliyyəti, verilənlərdəki təbii dəyişkənliyi qoruması və daha etibarlı nəticələr əldə etməsi ilə əsaslandırılıb”, - deyə L.Qarayeva bildirib.

